Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2109 nəfər müalicə olunaraq sağalıb, 2317 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 294 min 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 257 min 942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib. Aktiv xəstə sayı 32224 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 68 min 679 test aparılıb. Bugünkü test sayı isə 14207-dir.