Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1676 yeni yoluxma faktı qeydə alınıb, 2168 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 311465 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 276934 nəfər müalicə olunaraq sağalıb, 4342 nəfər vəfat edib, aktiv xəstə sayı 30189 nəfərdir.
Ölkədə son sutka ərzində 13070, hazırkı dövrədək isə 3178044 test aparılıb.