Salyan Rayon İcra Hakimiyyəti yanında yeni seşilmiş İçtimai Şuranın tərkibi formalaşmışdır.
Yeni Şura 13 nəfər naqmizəd sırasından 9 nəfərdən ibarət heyyətlə formalaşmışdır. Bu münasibətlə şuranın yeni secilmiş üzvləri qarşısında çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov bildirmişdir ki, Prezident, cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənmiş, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilmişlər. Salyan Rayon İcra Hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran natiq yaradılan İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndirmiş, İctimai Şuranın üzvü seçilənlərə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun təbrikini və xoş sözlərini çatdırmış və fəaliyyətlərində onlara uğurlar arzulamışdır.
Yeni seçilən ictimai Şura ilk iclasını keçirmişdir. İclasda İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilmişdir. İki il müddətinə fəaliyyət göstərəcək İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov sədr, rayon “Qələbə” qəzetinin əməkdaşı Leyla Nəsirova sədr müavini, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova isə katib seçilmişlər.
İclasda çıxış edən İctimai Şuranın sədri Rüstəm Məlikov Salyan Rayon İcra Hakimiyyətinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs etmiş, İctimai Şuranın da bu təcrübədən bəhrələnməklə yerli əhəmiyytli məsələlərin həllində vətəndaş cəmiyyətini layiqincə təmsil edəcəklərini və bütövlükdə İctimai Şuralar qarşısında qoyulan vəzifələrin həllinə öz töhvələrini verəcəklərini bildirmişdir..