“Ana Kür” ictimai birliyi “Fəal istirahət və ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin icrasını mövcud karantin dövrünün tələbləri çərçıvəsində davam etdirir.
.
Dövlət qeydiyyatından keçərək Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi” hazırda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə adı cəkilən layihənin icrasının yekun mərhələsindədir. İctimai birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov bu barədə anakur.az saytına məlumat verərkən bidirmişdir ki, müasir dövrdə ekoloji turizm dünya turizm sənayesinin ən surətli inkişaf edən sahələrindən biridir. Ekoloji turizm təbiətdən zövq almaqla, fəal istirahət məqsədi ilə istifadənin yeni forması kimi ətraf mühitin qorunmasının təbliğ olunmasına, turizm fəaliyyətinin dayanıqlılığına yeni imkanlar açır.
Şuranın dəstəyi ilə icra etdiyimiz layihənin məqsədi də ekoturizmin təşkili istiqamətində ənənəsi nisbətən az olan Salyan rayonunda bu sahənin təbliği və təşkili istiqamətində praktik və maarifləndirici addımlar atmaq, ekoturizm və onun digər komponentlərinin inkişafı üçün mövcud şəraitin imkanlarını önə çəkməklə, əhalinin məşğulluğunu və infrastrukturun inkişafını ehtiva edən sosial-iqtisadi dayanıqlılığın təmin edilməsi kimi son nəticəyə hesablanmış təşəbbüslərə dəstək verməkdir.
İlin əvvəlindən dünyanı tam mənasında cənginə alan koranavirus (Covid-19) pandemiyası digər sahələrdə olduğu kimi ekoturizn işinin və onu təbliğinin lazımı səviyyədə təşkilinə ciddi maneələr yaratmışdir. İctimai birlik tərəfindən Şuranın tövsiyəsi ilə ölkədəki mövcud karantin tələbləri çərçivəsində icra planında müvafiq dəyişiliklər edilmişdir. Ekoloji turları onlayn tədbirlərlə əvəzləndirmək və digər maarifləndirici işləri genişləndirməklə lahiyə davam etdirilmişdir.
Layihə çərçivəsində müstəqil ekoloji Ana Kür qəzetində xüsusi maarifləndirici səhifələr çap edilərək benifisarlar arasında yayılır.. Bu günlərdə 3-cü buraxılış hazırlanmaqdadır.
İcra planında nəzərdə tutulan əsas tədbirlərdən biri də Salyan rayonunda, Dövlət Rəsm Qaleriyasında məşğul olmuş məktəbli rəssamların pandemiya dövründə “evdə qal-evdə yarat” təşəbbüsünə qoşulmalarına dəstək verməkdir. Məktəbli rəssamlar qaleriyada rəssam müəllim İman Mustafayev tərəfindən fərdi qaydada təlimatlandırılaraq ev şəraitində fəaliyyətlərini davam etdirirlər. Layihə komandası social məsafə və karantin tələblərini qorumaqla rəssamlara yaşadıqları ünvanlarda baş çəkir, valideynlərlə söhbət edir, layihə çərçivəsində nəzərdə tutulan rəsm aksesuarlarıından ibarət hədiyyələr verirlər.
Respublikada karantin tələbləri aradan qaldırılandan sonra həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcəkdir.
