Bölgədə, Salyan rayonunda nəşr olunan müstəqil "Ana Kür" qəzeti ictimi, ekoloji maarifləndirmə fəaliyyəti ilə yanaşı, mütamadi olaraq hərb işimizə, müzəffər ordumuzun zəfər tarixinə həsr olunmuş materiallar çap edir. Qəzet son sayını Vətən müharibəsində igidlik, şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan şəhidlərinin xatirəsinə həsr etmişdir. Qəzetin yüksək poliqrafik keyfiyyəti və tərtibatı ilə seçilən bu xüsusi buraxılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əlyevin və birinci xanım, Vitse- president Mehriban xanım Əliyevanın azad olunmuş torpaqlarımızda, əskərlər arasında, hərbi formada, qələbə əzmli, “dəmir yumruq” ifadəli şəkilləri, qələbəmizin möhtəşəmliyini bidirən fikirlər yer almışdır.
“Ana Kür”-də torpaqlarımızın azad edilməsində canlarını qurban vermiş 60 salyanlı şəhidin doğum, ölüm tarixləri, hərbi vəzifələri və təltifləri barədə yığcam məlumatlar öz əksini tapmışdır. Burada eyni zamanda şəhidlərimizə göstərilən ümumxalq ehtiramını əks etdirən foto materiallara, Azərbaycan Müdafiə Nazirliyinın müzəfər ordumuz tərəfindən azad edilmiş şəhər, qəsəbə və kəndlər barədə rəsmi məlumatlara, Zəfərə həsr olunmuş bədii parçalara da yer verilmişdir.
Qəzetin baş redaktoru, “Ana Kür” ictimai birliyinin sədri, Ali Media mükafatı lauretı, Rüstəm Məlikov bildirmişdir ki, xalqımız, tarix yazan və zəfər qazanan şəhid oğularının xatirəsini həmişə uca tutur. Dövlətimizin diqqət və qayğısı ilə yanaşı vətəndaş cəmiyyətinin təmsilçiləri də bu işdə fəallıq göstərir.
Qəzetimiz də 10 ildən çoxdur ki, ictimai birliyin ictimai əsaslarla çalışan könüllülərinin dəstəyi ilə, ölkəmizdə həyatın müxtəlif sahələri, o cümlədən hərbi vətənpərvərlik mövzüsünda yazıları ilə vətəndaş cəmiyyətinin işinə töhvə verirməyə çalışır.
Son illərdə “Ana Kür” ictimai birliyinin QHT–lərə Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə icra etdiyi "Vətən sənə oğul deyib: Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş salyanlı gənclərin xatirəsinə həsr olunan təşəbbüslərə dəstək", "Qəhrəmanlıq unudulmur-salyanlı gənclərin şəhid ailələrinə dəstək təşəbbüsləri", "Hərb işimiz şərəf tariximizdir" adlı və digər vətənpərvərlik ruhlu layihələrin icrasına da informasiya dəstəyi əsasən bu qəzet tərəfindən göstərmişdir.
Ənənə bu gün yaşayır. 44 gün davam edən və tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazilərimizin qəhrəmanlıq salnaməsinin işıqlandırlması bundan sonra da davam etdiriləcəkdir.