"İnformasiya savaşında oynadıqları rolu da nəzərə alaraq QHT və Ombudsman institutu üçün ayrılan vəsaitin artırılsın."
QHT.az xəbər verir ki, bu fikirləri Millət vəkili Sahıb Alıyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəsi zamanı bildirib.
"Başqa bir təklifim isə informasiya savaşında oynadıqları rolu da nəzərə alaraq QHT və Ombudsman institutu üçün ayrılan vəsaitin artırılması, büdcənin təşkili mərhələsində birincinin təmsiçilərinin iştirakının təmin olunması haqda idi ki, bu, orada da bildirdiyim kimi şəffaflığa və ölkəmizin Açıq Büdcə İndeksi üzrə reytinqinə müsbət təsir edərdi" - deyə Sahıb Alıyev bildirib