Deputat: “Hesab edirəm ki, mənim siyasi fəaliyyətimə 5 ildən sonra qiymət veriləcək”
“Əkiz oğlanlarım var, hazırda hərbi xidmət keçirlər”
Milli Məclisin Salyanı təmsil edən deputatı Jalə Əhmədova Modern.az saytına müsahibə verib:
- Jalə xanım, bu yaxınlarda sizinlə təsadüfən şəhər xəstəxanalarının birində rastlaşdıq. Diqqətimi bir məqam çəkdi. Qeydiyyat bölməsində hər kəs kimi sırada dayanıb növbənizi gözləyirdiniz. Açığı, bir qədər təəccüblü gəldi. Deputat olasan və hər kəs kimi növbədə dayanasan.
- Niyə təəccüblü gəlməlidir?! Mən də adi vətəndaşam. Heç kimdən fərqim yoxdur. Deputatam deyə öncədən köməkçim vasitəsilə zəng etdirib “baxın ha, mən gəlirəm” təqdimatını etməliyəm?! Hesab edirəm ki, bu cür hallar doğru deyil.
- Etiraf edək ki, bu cür hallar səmimiyyətdən doğur. Hətta bir müddət əvvəl mediada belə bir fikriniz yayılmışdı: “Mən siyasətlə məşğul olmuram”. Həm o zaman, həm də indi sual olunur: Sizcə, siyasətlə məşğul olmayan qadının parlamentdə nə işi var?
- Əslində fikirlərim təhrif olunmuşdu. Müsahibədə müxbir mənə sual verdi ki, Jalə xanım, özünüzü siyasətçi kimi necə dəyərləndirirsiniz?! Təsəvvür edin, həmin müsahibə deputat seçilməyimdən bir neçə ay sonra alınmışdı. Mənim cavabım belə oldu: “Hazırda özümə peşəkar siyasətçi kimi qiymət verə bilmərəm. Siyasətçi kimi ilk addımlarımı atıram”. İndi mən də soruşuram: bir neçə ay ərzində deputat seçilən şəxs özünə necə “peşəkar siyasətçiyəm” deyib qiymətləndirə bilər?! Fikirlərimi tamam fərqli yerə yozdular: “Jalə xanım bozbaş bişirməklə məşğuldur” və s. fikirlər dedilər. Mən Parlamentdə seçicilərimi təmsil edir, siyasi fəaliyyətimi davam etdirirəm və hesab edirəm ki, hər bir xanım ictimai-siyasi fəaliyyəti ilə yanaşı, həm də evinin xanımıdır.
- Burada iki məqam var: insanlar səmimi danışanda daha çox daş-qalaq olunur. Görünür, siz daha çox səmimi danışmağa üstünlük vermisiniz. “Kaş ki, danışmazdım” deyib peşmanlıq hissi yaşadınızmı?
- Ancaq mən fikirlərimdə yenə də səmimiyəm və peşmanlıq hissi də keçirmədim. Yalandan necə deyim ki, “bilirsiniz, mən BMT və ATƏT-lə birgə çalışıram”. “Hesab edirəm ki, mənim siyasi fəaliyyətimə 5 ildən sonra qiymət veriləcək”.
- Parlamentdə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. Siz də Azərbaycan-Estoniya parlamentlərarası İşçi Qrupunun rəhbərisiniz. Bu da parlament siyasətinin bir qoludur. Bu siyasəti necə aparırsınız?
- Hazırda pandemiyaya görə beynəlxalq tədbirlərə qatıla bilmirik. Fəaliyyətimiz sırf internet və yazışmalar üzərindən idarə olunur. Bir neçə dəfə videokonfrans formatında görüş keçirmişik. Hətta Estoniya ilə Azərbaycanın yol xəritəsini də müzakirə etmişik. Estoniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Sven Sester çox yaxşı insandır. Azərbaycana xüsusi sevgi bəsləyir. Rəsmi yazışmalarımız da var. Estoniyalı həmkarlarımız Xocalı soyqrımının 29-cu ildönümündə Xocalı soyqrımını genosid kimi təsdiqlədikləri barədə Milli Məclisə məktub göndərmişdilər. Pandemiyadan sonra iki ölkənin təhsil əlaqələrini genişləndirməyi, tələbələrə təhsil imtiyazlarının necə və hansı şərtlər daxilində verilməsi barədə düşünürük. Estoniya ilə Azərbaycan arasında qardaşlaşmış şəhər yoxdur. Biz onu da müzakirə etmişik. Çox istəyərəm Salyanla Estoniyanın Tartu şəhəri qardaşlaşsın. Amma bu, təkcə mənim qərarımla həll edilən məsələ deyil. Xarici İşlər Nazirliyi və Milli Məclisin rəhbərliyi var. Hesab edirəm ki, qardaşlaşmış şəhərlər iki ölkə arasındakı münasibətlərə töhfə vermiş olar.
- Hüquqşünas olduğunuzu dediniz. Ancaq bir çoxları sizi idman ustası kimi tanıyır. İdmanın hansı növü ilə məşğul olursunuz?
- Dediyiniz kimi, əslində ixtisasım hüquqşünasdır. Banklarda, Energetika Nazirliyində, Bakı Apellyasiya Məhkəməsində çalışmışam. Adımın sırf idmanla bağlanmasına səbəb odur ki, idman sadəcə mənim üçün hobbidir. Bir müsahibədə də yazmışdılar ki, guya atam idmançı olub. Elə deyil. Atam idmançı yox, Ali Məhkəmənin hakimi olub. Mən də atamın yolu ilə gedərək hüquq sahəsini seçdim. Atam mənim idealımdır. Atam həmişə Vinq Çun idman növü ilə məşğul olduğundan məndə də o idman növünə həvəs olub. Amma peşəkar idmanla məşğul olmamışam.
- Bəlli yaşdan sonra hər bir insan həyatı ilə bağlı qərar vermək barədə düşünür. Təbii ki, verilən qərarlar bir şeyə hesablanır. “Özümü bu sahədə görə bilirəm, yoxsa, yox”. Siz də eyni halı yaşamısınız. Hər halda, deputat olmaq qərarını gözüyumulu verməmisiniz. Belə deyək də, niyə deputat olmaq istədiniz?
- Məni tanıyanlar təsdiq edə bilər ki, çox aktiv insan olmuşam. Bu aktivlik indi də davam edir. Ailədə də, nəvələr içərisində ən fəalı mənəm. Bir ildir ki, deputatam. Deputat olmamışdan öncə müxtəlif sahələrdə çalışmışam. Çalışdığım müəssisədən asılı olmayaraq həmişə yardımsevər olmuşam. Yardım aksiyalarında fəal iştirak etmişəm. Ətrafımda olan insanları bir yerə toplayaraq onlarla birgə Qocalar evinə, Uşaq evlərinə yardımlar təşkil etmişik. Deputat həmkarım Hicran Hüseynova Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olarkən gedib köməyə ehtiyacı olan ailələrin siyahısını alır və həmin ailələrlə fərdi məşğul olurduq. Məndə bu cür fəallığı görən həm ətrafım, həm də həyat yoldaşım deyirdi ki, bu cür fəal olmaq hər insana məxsus deyil. Məndə bu, daxildən gələn bir hal idi. “Səndən yaxşı deputat olar. Çünki vətəndaşlarla işləməyi bacarırsan” deyirdilər. Ətrafdakılardan o qədər dəstək aldım ki, axırda namizədliyimi vermək qərarına gəldim.
- Bu zaman ən əsas məsələ ailədən dəstək almaq idi. Əks reaksiya ilə qarşılaşdınızmı?
- Bu günə qədər həyata keçirdiyim bütün işlərin altında ailəmin imzası olub. O məsələdə həmişə şanslı olmuşam.
- Amma həyat yoldaşından dəstək almaq hər qadının şansına yazılmır. Mütləq qadağalar özünü göstərir. Yəqin ki razısınız?
- Atamın belə bir sözü var: əgər insana şansı Allah veribsə, o, mütləq bir yerdə parıldayacaq və bunun qarşısını almaq mümkün deyil. Hansı cığır olursa olsun, yol tapıb çıxacaq. Əksinə, təkan vermək lazımdır. Həyat yoldaşım 30 ilə yaxındır hüquq-mühafizə orqanlarında çalışır. Savadlı və dünyagörmüş insandır. Bu günə kimi hər bir işimdə ən böyük dəstəyi ondan almışam. Heç vaxt məni baltalamayıb. İşimdə səhv buraxmayım deyə, üz-üzə oturub izah edib. Onun məsləhətlərini həmişə dinləmişəm. 2019-cu ilin sonunda dövlətimizin başçısı cənab İlham Əliyev Parlamentin buraxılması barədə qərarını vermişdi. Həyat yoldaşıma deputatlığa namizədliyimi vermək istədiyimi bildirdim. Qərarım öncə təəccüb yaratsa da, sonra normal qarşılandı. Eyni zamanda deputat olmağın çətinliklərini də sadalandı, bu yolda tənqidlərdən tutmuş qara piarın olduğu deyildi...
- Deputat olmazdan öncə yardım aksiyalarının fəal iştirakçısı olduğunuzu dediniz. Ancaq deputat olaraq bir dairəni təmsil etmək daha çətin və məsuliyyətli işdir. Bu çətinliyi necə yoluna qoyursunuz?
- Bu günə kimi olan həyat təcrübəm deputat fəaliyyətimdə mənə böyük dəstək olur. Bank sferasında, Bakı Appelyasiya Məhkəməsində vətəndaşlarla işləmişəm. Energetika Nazirliyində işlədiyim şöbə sırf vətəndaşlarla bağlı olub. Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas olduğum üçün strukturdaxili işçilərimizin şikayətləri zamanı yenə də vətəndaşlarla işləmişəm. Düzdür, 140 minlik əhali ilə işləmək çətin olduğu qədər, həm də məsuliyyətlidir. Eyni zamanda vətəndaşlarımız arasında fərqli düşünən insanlar da çoxdur. Bu da normaldır. Vətəndaşlarla işləmək, həm də səbr tələb edir. Şükürlər olsun ki, səbrli insanam. Qarşımda dayanan istənilən şəxsin yerinə özümü qoyuram. Mən də deputat olmazdan öncə vətəndaş olmuşam. Eyni problemlərlə mən də üzləşmişəm. İnsanların arasından çıxdığım üçün hər bir problemi çox yaxşı anlayıram. Seçicilərimin müraciətlərini bacardığım qədər həll etməyə çalışıram. Həyatda tənbəl adam olmadığım üçün heç bir problemi gözümdə şişirtmirəm. Bakıdan Salyana bir saatlıq yoldur. Həftədə bir dəfə seçicilərimlə görüşüm olur. Düzdür, elə məsələlər var ki, onlar mənim səlahiyyətimdə deyil. Onu da deyim ki, cəmiyyətdə deputat anlayışı fərqlidir...
- Sizcə buna səbəb bəzi deputatların yanlış davranışı ola bilməzmi? Çünki son vaxtlarda bu cür hallar daha da çoxalıb. Amma qurunun oduna həmişə yaş da yanır.
- İnsanlarımızın deputatlardan gözləntiləri çoxdur. Bu məsələdə reallıqlar da var. VI çağırışa qədər elə deputatlar olub ki, seçici illərlə onun üzünü görməyib. Həmin deputatlardan əziyyət çəkmiş insanlar da elə düşünür ki, kürsüdə oturan hər kəs eynidir. Biz isə o stereotipləri dağıtmağa çalışırıq. İnsanlarımızı inandırmağa çalışırıq ki, hər sahədə mənfi xarakterli adamlar olduğu kimi, müsbət xarakterə sahib insanlar var. Bəzən olur ki, bir ailədə böyüyən iki qardaş fərqli xarakterdə olur. Ona görə də bütün deputatları eyni tərəziyə qoymaq olmaz. Düşünürəm ki, bu məsələdə də ədalətli davranmaq lazımdır. Mənim fəaliyyətimi izləmədən, xəbərsiz formada haqqımda kosmik fikirləri necə səsləndirmək olar?! İş görən insanın əməyini düşünmədən yerə vurmaq doğru deyil. Deputatlıq ömürlük verilmir. Bilmirəm, 5 ildən sonra xalq məni seçəcək, ya yox. Ola bilər ki, yenə də adi vətəndaş kimi gedib hansısa strukturda işləyəcəyəm. Amma hər bir işə vicdanla yanaşmağın tərəfdarıyam.
- Maraqlı məqama toxunduğunuz üçün məndə belə bir sual yarandı: “5 ildən sonra deputat olmaya bilərəm” dediniz. Bəzi deputatlar isə mandata ömürlük sahib olacağı fikrində olublar. Bu cür hallar necə tənzimlənməlidir?
- Düşünürəm ki, özünə hörmət edən şəxs daim inkişaf etməlidir. Bu mənim subyektiv fikrimdir. Düşünmürəm ki, 5 ildən sonra yenə də deputat seçiləcəyəm. Əgər özümə hörmət edirəmsə, üzərimdə çalışmalıyam, inkişaf etməliyəm. Ona görə də 5 il ərzində bütün potensialımı ortaya qoymağı bacarmalıyam. 5 ildən sonra xalq məni istəməyəcəksə, etimad göstərməyəcəksə necə deputat ola bilərəm?! Hesab edirəm ki, deputat seçilən şəxs mandatı ömürlük daşıyacağını düşünməməlidir. Heç nə əbədi deyil.
- Jalə xanım, ancaq parlamentin iclaslarında çox çıxış etmirsiniz. Çıxış etməyinizə nə mane olur? Bu nədən irəli gəlir?
- Bunun iki səbəbi olur: birincisi odur ki, biz növbəyə yazılırıq və yazılanlar çox olduğundan növbə çatmır. O zaman çıxışımızı stenoqrama veririk. İkinci səbəbi budur ki, deputat iclasda həll edilməyən məsələni qaldırır. Bu da çox zaman qurumlarla bağlı olur. Yəni açıq deyək, deputat olaraq sayılmırsan, sözün də ortada qalır. O zaman məcbur olub həmin kürsüdən problemi dilə gətirirsən. Bir il ərzində bu cür problemlə üzləşmədiyimdən kürsüdən də danışmağa sözüm olmayıb. Dövlət mənə dövlət nömrəsi verib. Dövlət nömrəsi ilə zəng edib həmin qurumlara sözümü deyə və o problemi həll edə bilirəmsə, yalandan pafos xətrinə çıxış etməyimin nə mənası var?! Bəzi deputatlarımız vəzifəli şəxslərlə həll etdikləri problemləri yenidən Milli Məclisdə qabardırlar. Bir məsələni də qeyd edim ki, bizə ünvanlanan problemlər bir gün ərzində yox, bəzən bir neçə aya həll edilir.
- Sizdən öncə Salyanın deputatı Əliağa Hüseynov idi. Ancaq onun haqqında fikirlər birmənalı deyildi. Namizədliyinizi irəli sürərkən Əliağa müəllim necə reaksiya verdi?
- Sizə tam səmimi cavab verəcəyəm. Namizədliyimi irəli sürərkən tam əksi ilə üzləşdim. Namizədliyimi verərkən ilk işim Əliağa müəllimlə görüşmək oldu. Ondan böyük olaraq xeyir-dua aldım. Əliağa müəllim yaşlı insandır. Yaşlı insanlar özünə qarşı hörmətdən başqa nə isə gözləmir. Əliağa müəllim bu həyatda yaşadığını yaşayıb, dünyagörmüş adamdır. Yaşda kiçik olaraq borcum onun ayağına getmək idi. O məni çox mehriban qarşıladı. “Qızım, uğur olsun. Nə köməklik lazımdırsa, mən də etməyə hazıram” dedi. Bu günə qədər də çox yaxşı münasibətimiz var. Kim nə yazır özü bilər. Amma Əliağa müəllimin Salyan camaatı üçün etdiklərini danmaq olmaz.
- Jalə xanım, bir qədər də işdən sonrakı fəaliyyətinizdən danışaq. Bəllidir ki, qadınlarımızın ailə, uşaq qayğıları da var. Bəs siz bunları necə yoluna qoyursunuz?
- İki əkiz oğlum var, hazırda hərbi xidmətdədirlər. Həyat yoldaşım kaprizli adam olmadığından o da hər hansı problem yaratmır. İstənilən halda hər kəs kimi mən də günün sonunda evimə gedirəm. Hər gün işə getdiyim üçün işlərimi planlı şəkildə idarə edirəm, başqa cür alınmır. Bilirəm ki, sabaha yeməyimi bişirməliyəm, evimi təmizləməliyəm. Gecə saat 3 də olsa, onları edirəm.
- Bəzi hallarda qadınlarımız evə köməkçi gətirməyi reallaşdıra bilməsələr də, mütləq bu barədə düşünürlər. Bir qadın olaraq siz necə düşünürsünüz?
- Heç xoşlamadığım şeydir. Hər bir qadın tutduğu vəzifə ilə yanaşı, həm də evinin xanımıdır. Əgər mən karyeramı üstün tutub ailəmdən, övladlarımdan, həyat yoldaşımdan kəsəcəmsə, o iş mənə lazım deyil. Bu günün sabahı da var. 5 ildən sonra yenə də mənim yanımda ailəm olacaq. Necə ki, 10, 20 il bundan öncə də ailəm var idi. Düşünürəm ki, hər bir qadın üçün ailəsi öndə olmalıdır. Əgər ailəmdə hər şey qaydasındadırsa, o zaman karyeranı qurmaq olar. İlk işimə çıxanda da atamın mənə məsləhəti belə olmuşdu: “Əgər ailəndən kəsəcəksənsə, işləmə, otur evində”. Onu da deyim ki, ailədəki mühitdən də çox şey asılıdır. Ailənin dəstəyi çox önəmlidir. Elə həyat yoldaşları var ki, yeməyi 5 dəqiqə gecikən kimi hay-həşir salırlar. Bizdə heç vaxt belə bir şey olmayıb. Ailəmizdə kimsə haradasa axsayıbsa, mütləq bir-birimizin köməyinə çatmışıq.
- Cəmiyyətdə qadına qarşı zorakılıq hallarının da şahidi oluruq. Hətta bunlar hər gün bir az da artır. Sizcə ailə modelində yanlış olan nədir?
- İstər qadın olsun, istərsə də kişi, heç bir halda zülmə məruz qalmamalıdır. Həmişə onun tərəfdarıyam ki, qadın ailə qurdusa həyat yoldaşına tabe olmalıdır. Bu birmənalıdır. Artıq ailənin və həyat yoldaşının olmasını qəbul etməlisən. Onu qəbul edib ailə qurduğun kimi, onunla gələn yükü də qəbul etməlisən. Reallıq odur ki, Azərbaycan ailələrində yükün 80%-i qadınların üzərindədir. Bu o demək deyil ki, sənə ailəndə yoldaşın zülm etməlidir. Bəzi narkotik və içki aludəçisi olan kişilər var ki, qadına əşya kimi baxırlar, hörmətsizlik edirlər. Düşünürəm ki, qadına əşya kimi baxan kişilər kompleksli kişilərdir. Özlərinə arxayın olmadıqlarından qadını basqı altında saxlayırlar. Əgər sənin həyat yoldaşın yaxşıdırsa, sənin ona etibarın və etimadın tamdırsa, niyə ona dəstək verməyəsən?! Qadına zülm və zorakılıq olarsa, ən yaxşısı o cür insandan ayrılmaqdır. Çünki insan həyatı və psixologiyası asan bir şey deyil. Ailədə anasına qarşı zorakılıq görən uşaqların gələcəyi də yaxşı olmur. Bu cür məsələlərdə erkən ailələrin də rolu olur. Düşünürəm ki, tam həyatı dərk edəndən sonra ailə qurmaq olar. Bizim mentalitetdə yanlış məqam odur ki, qadın mütləq erkən yaşında ailə qurmalıdır. Fikirləşirlər ki, qız 25 yaşına çatıbsa, deməli, evdə qalıb. Bu cür basqılar gələcəkdə müəyyən problemlər yaradır. 20 yaşlı oğlanla 35 yaşlı kişi həyatı, ailə məsuliyyətini eyni cür dərk edə bilməz. Hətta insanların şəxsi həyatına müdaxilələr də çoxalır. Niyə filankəs 40 yaşında ailə qurub?! Hesab edirəm ki, 20 yaşında anormal ailə qurmaqdansa, 40 yaşında çox yaxşı ailə modeli yaratmaq daha yaxşıdır. Xoşbəxt övlad cəmiyyət üçün xoşbəxt vətəndaş deməkdir. Bu mövzu çox genişdir. Danışdıqca danışacağıq.
- Əkiz oğlanlarınız var. Hərbi xidmətdədirlər. 44 günlük Vətən müharibəsində oğlanlarınız harda idi?
- Vətən müharibəsi başlamazdan öncə, oğlanlarım hərbi xidmətə çağrılmışdılar. Elə oldu ki, sentyabrda müharibə başladı və müharibə vaxtı Beyləqandakı hərbi hissələrin birində xidmət etdilər. Hazırda da əsgərdirlər.
- “Müharibə vaxtı harada idilər?” sualını ona görə verdim ki, müharibə zamanı bəzi fikirlər səsləndi. Məsələn, deputatlar uşaqlarını ölkədən çıxarıb ki, müharibədə iştirak etməsinlər kimi. Cəmiyyətdə gəzən bu cür fikirlərə münasibətiniz necədir?
- Bəzən kimlərsə bilmədən danışır. Sizə bir neçə bildiyim faktı deyim. Deputat Ülvi Quliyevin oğlu xaricdə yaşayır və işini də orada qurub. Müharibə dövründə Ülvi müəllimin oğlu Bakıya gəldi və müharibəyə edilən yardımlarda yaxından iştirak etdi. İri TIR-la döyüş bölgəsinə yardımlar göndərirdi. Amma Ülvi müəllim bunu heç yerdə qabartmadı. Hətta Ülvi müəllim dedi ki “oğluma bu barədə heç nə deməmişəm. Ürəyindən keçdi və ölkəyə gəldi”.
Digər deputatımız Eldar İbrahimovun nəvəsi də müharibədə olub. Deputat Tahir Kərimlinin oğlu da müharibədən əvvəl hərbi xidmətə çağrılmışdı və müharibə vaxtı da müharibədə oldu. Biz deputatlar o qədər qınaq mənbəyi olmuşuq ki, özümüzlə bağlı gerçəkləri də qabarda bilmirik.
- Bir ana olaraq mütləq həyəcan keçirmiş olmalısınız. Heç oğlanlarınızı hərbi xidmətdən yayındırmaq barədə düşündünüzmü?
- Əgər bir ana desə ki “övladım əsgərdir, müharibədədir və mən rahatam”, bu yalan olar. Vətənə xidmət hamımızın borcudur. Bir ana olaraq qəlbində o həyəcanı yaşayırsan. Mənim oğlanlarım şəhid olsaydı, bunu normal qəbul etməyə çalışacaqdım. Ürəyimə daş bağlayıb qəbul edəcəkdim. Mənim, onun, başqasının övladı müharibəyə getməsə, o zaman Vətəndən Vətən olmaz. Məni tanıyanlar bilir ki, oğlanlarımı əsl Azərbaycan kişisi kimi tərbiyə etmişəm. Heç nədən qorxmamağı və cəsarətli olmağı öyrətmişəm.
- Oğlanlarınız böyükdür. Bir neçə ildən sonra ailə quracaq yaşda olacaqlar. Biz bilmək istəyirik ki, Jalə xanım necə qaynana olacaq? Bəziləri kimi oğlanlarının seçiminə müdaxilə edəcək, yoxsa əksinə?
- Mənim qaynanam o qədər yaxşı insandır ki... Ali təhsili olmasa da, övladlarının hamısına ali təhsil verib. Çox dünyagörmüş və ədalətli qadındır. Qaynanamın üç gəlini var və hər birimizin qaynanama böyük hörməti və sevgisi var. 25 ildir ailəliyəm. Heç vaxt qaynanamla problem yaşamamışam. Allah qismət eləsin, mən də həmin yolla getməyi düşünürəm. Onun çox gözəl sözü var, o həmişə deyir ki, əgər övladımı evləndirirəmsə, deməli, onun ağlına şübhə etmirəm. Yəni bilirəm ki, o, ailəsini saxlamaq iqtidarındadır. Kişinin həyatına müdaxilə etmək yaxşı deyil. Mənim də oğlanlarımın həyatına müdaxilə etmək fikrim yoxdur. Müasir dövrün qaynanaları gəlinləri ilə rəfiqə olmağa çalışır. Hesab edirəm ki, belə daha yaxşıdır.
- Sevib ailə qurmusuz, yoxsa ata-ananın seçimidir?
- Həyat yoldaşımla ailəmiz sevgi üzərində qurulub.
- Jalə xanım, siz danışdıqca hiss etdim ki, həm də dinə bağlı xanımsınız. Əgər etiraz etməsəniz, dinlə bağlı fikirlərinizi eşitmək istərdik. Namaz qılırsınızmı?
- Bu insanın daxilindən gələn məsələdir. Kiminsə diqtəsi ilə olmur. Quranı oxuyanda 20 yaşlarında idim... Öncə peyğəmbərimizin həyatı ilə maraqlanmağa başladım. Peyğəmbərimizin həyatını oxuyanda babam sağ idi. Mənə dedi ki “Jalə, peyğəmbərin həyatı ilə bağlı başqa nə isə axtarma, Quranı oxu”. Quranı oxumağa başlayanda heç nə başa düşmədim, bəzi məsələləri anlamaqda çətinlik çəkirdim. Sonra yenə oxudum. Beləliklə, Quranı düz 7 dəfə oxudum. O vaxtdan bəri dinimizə olan sevgim içimə hopdu.

Namidə BİNGÖL