
2024-cü ilin birinci yarısında şura üzvləri fəaliyyətlərini vətəndaşların bu və ya digər problemlərlə bağlı müraciətlərini səlahiyyətləri daxilində aidiyyəti orqanlar qarşısında qaldırmaqla deyil, eyni zamanda özləri də qarşılaşdıqları, müşahidə etdikləri nöqsanların yerindəcə müsbət həllinə nail olmağa çalışıblar. İlin əvvəlindən bəri rayonda ətraf mühitin qorunması, xüsusi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində vətəndaşların müraciətlərinə, arzu və təkliflərinə xüsusi həssaslıqla yanaşılmış, vətəndaş təşəbbüsü ilə Kür çayı sahilində yeni ağaclar əkilmiş, ictimai iməciliklər keçirilmişdir.
Salyanda ictimai şuranın fəaliyyətinin rayon icra hakimiyyəti tərəfindən əlaqələndirilməsi, yığıncaqlarda RİH rəhbəri Sevindik Hətəmovun iştirak etməsi qaldırılan məsələlərə operativ münasibətin göstərilməsi və müsbət həll olunması rayonda ictimai şuranın nüfuzunun daha da artmasına, onların fəaliyyətlərinin genişlənməsinə şərait yaratmışdır.
Hesabat yığıncağında RİH başçısı Sevindik Hətəmov çıxış edərək rayonda sosial-iqtisadi inkişafın bütün sahələrinə həyata keçirilən işlər barədə danışmış və dövlətimizin siyasətinin həyata keçirilməsində ictimai şuraların müsbət rolunu vurğulamış , fəaliyyətin daha da səmərəli olması üçün tövsiyələrini vermişdir.
Şura üzvilərindən Məhəmməd Ağayev, Allahverdi Piriyev, Arif Əsgərov. leyla Nəsirova, Sevinc Bünyatova və başqaları çıxış edərək vətəndaşların müraciətlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən danışmış və təkliflər vermişlər.
Sonda uranın növbəti ilin ikinci yarısı üçün fəaliyyət planı müzakirə edilmişdir.





