Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Biz birlikdə güclüyük’’ layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində şəhid, əlil və məcburi köçkün ailələrinə poçt vasitəsi ilə ərzaq yardımı kuponu göndərilib. Pandemiya dövründə həssas qruplardan olan 68 ailə bu ərzaq kuponlarından yararlanıb.
Qeyd edək ki, layihə Nizami, Xətai, Binəqədi, Sabunçu rayonlarında həyata keçirilib.