"Salyan rayonunun ictimai siyasi qəzeti olan "Qələbə" və müstəqil "Ana Kür" qəzetinin, "Anakur.az" saytınının baş redaktoru, “Ana Kur” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Məlikov Rüstəm Sadıq oğlunun 65 yaşı tamam olur.
Yubuley günü ərəfəsində Rüstəm müəllimi Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov uzunmüddətli səmərəli fəaliyytınə, rayon mətbuatının inkişafındakı xidmətlərinə və anadan olmasının 65 illiyi münasibəti ilə Fəxri fərmanla təltif etmiş ona can sağlığı və işlərində müvəffəqiyyətlər arzu etmişdir.
İxtisasça jurnalist olan Rüstəm Məlikov 20 mart 1956-cı ildə Salyan rayonunda dünyaya gəlmişdir. İstehsalatda çalışmış, Azərbaycan Dövlət Unuversitetinin jurnalistika fakultəsini bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Teleradio Verlişləri Şirkətinin Salyan Rayon Radio Verlişləri redaksiyasında redaktor vəzifəsində işləməyə başlamışdır. O, daha sonra bölgənin ən qocaman qəzeti olan “Qələbə” də fəaliyyətini davam etdirilmişdir. Hazırda R. Məlikov 15 ildən artıqdır ki, bu qəzetin baş redaktorudur.
Rüstəm Məlikovun təsisçiliyi və redaktorluğu ilə 2009-ci ildən bölgədə ilk ekoloji maarifləndirmə ilə məşğul olan “Ana Kür” adlı qəzet də çap edilməyə başlamış və hazırda fəaliyyətini davam etdirməkdədir. Jurnalist həmkarımızın sədri olduğu, bölgənin ekoloji işə töhvə vermək təşəbbüsündə olan insanlarını təmsil edən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyini Respublika Ədliyyə Nazirliyi 2010-cu idə dövlət qeydiyyatına almışdır.
Son 10 ildə birlik tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ardıcıl olaraq müxtəlif istiqamətli 10 layihə icra olunmuşdür. Şuranın ekspertləri, aparıcı mütəxəssisləri region QHT-çilərinin işini həmişə yüksək səviyyədə icra olunan layihələr sırasında qeyd etmiş və təşkilatın rəhbəri 2016-cı ilədə Şura sədri, hörmətli Azay Quliyevin imzası ilə Fəxri fərmana layiq görülmüşdür.
Vətəndaş cəmiyyəti təmsilçisinin fəaliyyətini dövlətimiz də layiqincə qiymətləndirmişdir. Belə ki, Rüstəm Məlikov Azərbaycan mətbuatının inkişafındakı roluna və ictimai həyatdakı səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalına və Mətbuat Şurasının Ali Media mükafatına, müxtəlif yaradıcılıq müsabiqələrinin təltiflərinə layiq görülmüşdür.
Baharda dünyaya gələn həmkarımız xüsusi ilə qurur düyur ki, şanlı ordumuzun 44 günlük döyüşü nəticəsində qazanılan Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.
Rüstəm Məlikov yubileyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edir.