Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anakur.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 313812 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 280403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29007 nəfərdir.
Ölkədə son sutka ərzində 5732, hazırkı dövrədək isə 3 195268 test aparılıb.