Amerika prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putinin üçüncü ölkədə keçirməyə hazırlaşdıqları görüşlə bağlı maraqlı məlumat yayılıb.
Anakur.az Modern.az saytına istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu "Politico" nəşrinin yazdığına görə, Co Bayden və Vladimir Putin arasında iyun ayına planlaşdırılan görüş Azərbaycan paytaxtı Bakıda baş tuta bilər.
"Politico" bu məlumatı yayarkən öz mənbələrinə istinad edib.
Həmin məlumatda bu mühüm görüşün keçirilə biləcəyi məkanlar sırasında Avstriyanın paytaxtı Vyana, Finlandiyanın paytaxtı Helsinki, İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakı şəhərinin adı çəkilir.
Yeri gəlmişkən Azərbaycan bu cür mühüm görüşlərə ev sahibliyi edib. NATO komandanı ilə Rusiyanın Baş Qərargah rəisi bir neçə dəfə Bakıda görüşüblər.
ABŞ mediasının yazdığına görə, bəzi Avropa hökumətləri görüş üçün potensial məkan olaraq öz şəhərlərini təklif edirlər. Xüsusilə İsveçrə, Finlandiya və Avstriya Bayden-Putin görüşünə evsahibliyi etməyə daha maraqlıdır. Bu üç ölkə geniş mənada, bitərəf məkanlar sayılır. Onlardan heç biri NATO hərbi ittifaqında deyil.
Daha əvvəl Finlandiya paytaxtı Helsinki prezidentlərin görüşünü təşkil etmək təşəbbüsü ilə çıxış etmişdi. Lakin “Politico" yazır ki, Donald Trampın 2018-ci ildə Finlandiya paytaxtında Putinlə görüşdüyü zaman baş verənlər nəzərə alınarsa, Helsinkinin seçilmə ehtimalı ən azdır.
Həmin toplantı zamanı Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxilə etdiyi barədə iddialar irəli sürmüş, Putin isə bunu inkar etmişdi.
Bakının imkanlarını qiymətləndirən nəşr bildirib ki, bu şəhərə gediş ABŞ prezidenti üçün xüsusi bir gəzinti ola bilər.
“Ancaq Azərbaycanın həm Vaşinqtonla, həm də Moskva ilə möhkəm münasibətləri olmasına baxmayaraq, Baydenin ora getməsi ehtimalı da azdır. Səbəblərdən biri keçən il Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı qısa müharibədir”,-deyə “Politico" yazır.
Məqalədə o da qeyd olunur ki, Baydenin Bakıya səfəri gerçəkləşsə, bu, çox güman ki, Ermənistanı və eləcə də amerikalı erməniləri təhqir etmək kimi sayılacaq.
“Çünki Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərindəki “erməni soyqırımı”nı tanımaqla dünya ermənilərini sevindirmişdi”,-deyə yazıda qeyd olunur.
Praqadan bəhs edən "Politico" bildirib ki, son vaxtlar Çexiya ilə Rusiya arasında münasibətlər pisləşdiyindən bu şəhərin də görüş yeri kimi seçilməsi inandırıcı deyil, yəni Purin bu variantla razılaşması mümkün görünmür.
Məqalədə prezidentlərin görüşü üçün ən yaxşı variantın İslandiya paytaxtı Reykyavik ola biləcəyi qeyd olunur.
Bəzi ABŞ rəsmiləri və kənar analitiklər İslandiyanın potensial bir məkan ola biləcəyini söyləyirlər. Reykyavik 1986-cı ildə SSRİ prezidenti Mixail Qorbaçovla ABŞ lideri Ronald Reyqan arasında məşhur görüşün səhnəsi olmuşdu.
“Politico” yazır ki, Baydenlə Putinin Ukraynadakı müharibədən tutmuş iqlim dəyişikliyi ilə necə mübarizə aparılmasına qədər müzakirə edəcəyi çox şey var.
Hazırda ABŞ-Rusiya münasibətləri yaxşı vəziyyətdə deyil və Moskva ilə Vaşinqton son aylarda bir-birlərinə qarşı bir sıra cavab tədbirləri görüblər.
Ağ Ev rusiyalı məmurlara qarşı sanksiya paketi tətbiq etdi və bir neçə rus diplomatını qovdu. Kreml amerikalı diplomatların qovulmasına cavab verdi və ABŞ-ın Moskvadakı səfirliyinin işə götürə biləcəyi personal ciddi şəkildə məhdudlaşdırıldı. Bayden də bu yaxınlarda Putinin “qatil” olduğunu söyləmiş, Putin cavab olaraq ironiya ilə Baydenə “cansağlığı” diləmişdi.
A.Qorxmaz