Ötən ilin əvvəlindən etibarən bütün dünyanın üzləşdiyi koronovirus pandemiyasında üçüncü dövlətlər üçün vaksinləşmənin əlçatan olmasının vacibliyini artıq bir neçə dəfə müxtəlif kürsülərdən səsləndirmiş Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan dünyadakı ədalətsiz vaksin bölgüsünə qarşıdır. Çünki bizim dövlətimiz mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşmış, birliyi, həmrəyliyi, humanizmi daim təbliğ və tərənnüm etmişdir.
Cənab Prezident, zəngin Qərb dövlətlərinin dünyaya vaksin ədalətsizliyi nümayiş etdirməsinə, digər insanların həyatını təhlükə altında saxlamasına ölkə olaraq səssiz qala bilmədiyimizi bəyan etmişdi.
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkilat adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin BMT-nin 130-dək üzv dövlətləri tərəfindən qəbul edilməsi dünya ictimaiyyəti tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir.
Jalə Əhmədova
Milli Məclisin deputatı