Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransında (CICA) çıxışı zamanı bildirib ki, dünyanın təhlükəsizlik sisteminin arxitekturası yenidən işlənməlidir.
Anakur.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutan Ərdoğan yenə özünün məşhur ifadəsini səsləndirib: dünya 5-dən böyükdür.
"Biz hesab edirik ki, qlobal təhlükəsizliyin arxitekturası daha ədalətli və yeni anlayış əsasında yenidən işlənməlidir", - Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə son illərdə dəfələrlə bəyan edib ki, dünya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ibarət deyil.
Ərdoğan çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinə də toxunub. O deyib ki, Türkiyənin məqsədi Ukraynada "sürətli barışa" nail olmaqdır.