Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, müstəqilliyimizin qorunmasında igidlik göstərərək şəhid olmuş salyanlılıların xatirəsi həmişə ehtiramla yad edilmişdir. Hələ ötən əsrin 90-ci illərin sonundan başlayaraq rayon mərkəzində inşa edilən Şəhidlər xatirə kompleksində Ana heykəli, Milli Qəhrəman Nazim Babayevin peydestal üzərində büstü və 200 dən artıq şəhidimizin mərmər lövhə üzərində divar böyu portiteti vurulmuşdur. Xatirə kompleksinin ərazisində mövcud yaşıllıqlar genişləndirilmiş və insanların daha çox ziyarət etdikləri yerə çevrilmişdir.
Müzəffər ördumuzun Vətən müharibəsində qazandığı qələbələr insanlarımızda vətənpərvərlik duyğularının daha da yüksəlməsinə səbəb oldu.Sakinlərimiz, şəhid olmuş gənclərimizin yaxınları və doğmaları xatirə kompleksinin önünə gələrək əzizlərinı bir daha yad edirək qəlblərindən onların haqq işinin , uğrunda canlarından keçdikləri vətənin bu azad olunduğu günlərin qürurunu yaşayırlar.
Xatirə kompleksi indi əsil tikinti meydanını xatıladır. Ərazi yeni dizaynla qurulmaqdadır. İşləri “İlkin MMC”-nin inşatçıları icra edirlər. Burada olarkən öyrəndik ki, xatirə kompleksində həmcinin “ 20 yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş yeni abidə kompleksi inşası da sürətlə davam etdirilir.
Xalqımız rəşadətli ordumuzun igidliyi, Ali Baş Komandanımız İlham Əliyevin iradəsi, qətiyyəti və strategiyası ilə artıq böyük Qələbənin sevincini yaşamağa hazırlaşdığı bir dönəmdə belə xeyirxah işlərin təşəbbüsçüsü olan Salyan Rayon İcra Hakimiyyəti başçısı, hörmətli Sevindik Hətəmova salyanlılar adından təşəkkr edirik.
Qarabağ Azərbaycandır.