ABŞ-ın yeni prezidenti Cozef Bayden ölkənin iqlim üzrə Paris müqaviləsinə geri qayıtması ilə bağlı fərman imzalayıb.
Anakur.az Modern.az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısının digər fərmanına əsasən ABŞ, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən üzv olacaq.
Bundan başqa, Orta Şərq ölkələri vətəndaşlarının (müsəlman miqrantların) ABŞ-a girişinə qoyulan məhdudiyyətlər də ləğv edilib.
Co Bayden Meksika ilə sərhəddə inşa edilən mühafizə divarının tikintisini dayandıran fərman da imzalayıb.