Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anakur.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 228246 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 218387 nəfər müalicə olunaraq sağalıb, 3053 nəfər vəfat edib, aktiv xəstə sayı 6806 nəfərdir.
