Koronavirusa harda, necə yoluxurlar? - Ağlınıza gəlməyən yerlər
Mutasiyaya uğrayaraq dünyanı sanki yenidən cənginə alan və qarşısı alınmayan Covid 19 virusu insanlıq üçün hələ də təhdid olaraq qalır.
Bəs nə qədər qorunsa da, maska taxsaq da virus hardan və necə insanları tapır və orqanizmə daxil olur?
Medicina.az xəbər verir ki, türk uzmanlar virusu daha çox simptomsuz xəstələrin və uşaqların yaydığını bildirir.
Öskürək, asqırmaq, burun axma, qızdırma təəssüf ki, bütün xəstələrdə olmur və inkubasiya dövründə özünü biruzə vermir.
İnsanlar qarşısında xəstə insan görmədən də yoluxa bilir. Çünki onları yoluxduran tamam sağlam görünən iş yoldaşı, rəfiqəsi, ailə üzvü, dostu, tanışı, qonşusu olur.
Virusa yoluxan insan azı 5-7 gün bunu hiss etmir və adi həyat tərzinə davam edir, hər kəslə sıx –sıx görüşür.
Bu adamın qapalı məkanda- ofis, ev, otaq, restoran, maşında maskasız olması və əlini sağlam adama toxundurması kifayətdir ki, virus zərrəciyini ötürsün.
İnsanlar virusa ən çox harda rastlaşa bilir:
- Qapalı məkanlarda – qatar, nəqliyyat, taksi, maşın, təyyarənin içi, restoran, iş yeri
- Yoluxmalar üzrə ikinci yerdə və ən təhlükəli yer - liftlərdir. Liftdə virus zərrəcikləri hər yerdədir. Orda 5 dəqiqədən artıq, xüsusilə maskasız qalmaq kifayətdir ki, virus buruna keçsin. Liftə hər an insanlar daxil olur və orda tənəffüs qapalı şəraitdə baş verir, insanlar əllərini qapıya, duymələrə vurur. Ona görə də pandemiya vaxtı özünü düşünən insan liftdən uzaq olmalıdır.
- Xarici ölkələrdə və səfərlərdən gətirir – xarici ölkədən qayıdan insan 14 gün evdən çıxmamalı, işə getməməli, təcrid olunub, bu müddəti atlatmalıdır. Pandemiyanın əvvəlində sərhədi keçən hər kəs karantinə alınırdı, lakin indi bu qanun unuduldu. Ciddi təhlükə də elə burdan başlayır. Test olunması belə riski azaltmır. Çünki virus özünü sonradan göstərir və ya testlər bəzən yanlış olaraq neqativ göstərə bilər.
- Bir yerə təmas etdikdən, toxunduqdan sonrakı 10 dəqiqə ərzində əlləri yumamaq virusa yoluxma riskini artırır
Çünki virus zərrəciklərinin kimdə olduğunu və hansı səthdə nə qədər qaldığını bilə bilməzsiz
- Əlini ağız, burun, gözlərinə toxunduranlar və bunu vərdiş edənlər
- Xəstə insanla 15 dəqiqədən artıq eyni yerdə, 1,5 metr ara məsafəsi olmadan bir ortamda olmaq yoluxdurur
- Müxtəlif xəstələrin üz tutduğu poliklinika, təcili yardım şöbələri, xəstəxanalara və müxtəlif tibbi prosedurlara getmək yoluxmanı artırır. Belə yerlərə ciddi səbəb olmayana qədər getməyin
- Karantində olan insanların evinə daxil olmamalı. Onlara qapı arxasından yardım etməli, ərzaq verməli
- Çox insan olan marketlər, ticarət mərkəzləri, tədbirlər
- Çiy, yarı bişmiş, küçədə bişmiş qidaları yemək risklidir
- Mobil telefon, noutbuk, cihazlar – başqasının texnikasına toxunmaq, istifadə etmək. Bunlar mütləq dezinfeksiya edilməlidir
- İş yerində havalandırma aparılmalı, dezinfeksiyaya ciddi əməl olunmalıdır. Bunlar düzgün olunmursa, heç olmasa pəncərə açıq saxlanmalıdır
- Yeməkxana, klub, kitabxana kimi yerlərdə çox qalmaq olmaz
- Gün ərzində tibbi maska hər 2 saatdan bir yenilənməlidir. Maskanın xarici səthinə əl vurub sonra o əllə yemək yemək, iş görmək olmaz
- Bağça, məktəbdə uşaq çox olan yerlərdən uzaq durmalı
- Məktəblilərin evə gəldikdən sonra geyimləri havalandırılmalı, ayaqqabıları çöldə saxlanmalı
- Nişan, ad günü, yas məclisi kimi yerlərə qəti getmək olmaz. Yoluxmaların 20%-i belə yerlərdə olur
- Taksi və avtobusda mütləq hər kəs maskada olmalı, üzü bir birinə dayanmaq olmaz, pəncərələr açıq olmalıdır. Tutacaqlardan antibakterial salfetlə tutmalı, sonra salfet atılmalı, əllər isti su sabunla yuyulmalıdır
- İstər qohum, istər qonşu, dost-tanış evlərində toplanmaqdan, qonaq getməkdən çəkinməli
- Virusu yayan bir səbəb də yoluxan insanın bunu gizlətməsidir. Çünki virus aşkarlanan hər bir insan bunu dərhal ünsiyyətdə olduğu və son 5 gün ərzində getdiyi yerlərdəki adamlara birinci deməlidir ki, onlar da tədbir görsünlər.