Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anakur.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 266322 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 239807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22898 nəfərdir.
Ölkədə son sutka ərzində 13127 hazırkı dövrədək isə 2901160test aparılıb.