Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 313 min 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 279 min 179 nəfər müalicə olunaraq sağalıb, 4371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29456 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 189 min 536 test aparılıb. Bugünkü test sayı isə 11492-dir.