15 İyun Milli Qurtuluş Günü xalqımıın həyatında baş verən ən mühum hadisələrdən biridir. Əgər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti istiqlal bayrağını qaldıraraq müstəqilliyimizi elan etmiş və tarixin müəyyən dövrünə qədər onu qoruya bilimişdirsə, Azərbaycan yeni şəraitdə - 1991- ci ildə ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra da qarşılaşdığımız təhlükələri xalqımızın xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyev dəf etmişdir. Məhz dahi rəhbərin bizə miras qoyduğu müstəqil Azərbaycan bu gün oz varlığını təkcə sənədlərdə, beynəlxalq müstəvidə deyil, həmcinin döyüş meydanında təsdiq etmişdir. Ulu Öndərin siyasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həhbərliyi, Silahlı Qüvvələrimizin şücaəti, şəhidlərimizin qəhrəmanlığı hesabına Zəfər tarixi qazanılmış, tarixi torpaqlarımız düşməndən azad edilmişdir.
Bu il ilk dəfədir ki, 15 İyun Milli Qurtuluş Günü belə bir tarixi şəraitdə qeyd edilməkdədir. Cünki Böyük Qələbənin yolu məhz bu gündən, xalqın xilaskar oğlunun yenidən siyasi meydana qayıtdığı gündən başlayır. Bu əziz gün respublikanın hər yerində olduğu kimi Salyan rayonunda da insan coşqusu ilə qeyd edilir. Karantin qaydalarını gözləməklə insanalar Ulu Öndərin adını daşıyan parka gələrək burada ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyur, xatirəsini bir daha yad edirlər.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı yanında İctimai Şuranın üzvləri, idarə, müəssisə, və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçılarından əməkdaşlarımız tərəfindən alınan müsahibələrdə bir mənalı olaraq vurğulanmışdır ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu müstəqillik əbədi olaraq yaşayacasqdır.