Azərbaycan xalqının milli azadlıq hərakatının öncül nümayəndələrindən biri, istiqlal şairi Xəlil Rza Ulutürkün anım günü doğulub boya –başa çatdığı Salyan rayonunda da ehtiramla yad edildi. Rayonda adlarını daşıyan küçədə şairin və oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəylinin şərəfinə ucaldılmış “Ata-oğul”abidəsi onunə onun doğmaları, yaxınları, həmyerlililəri, içtimaiyyət nümayəndəlri toplaşmışdılar. Pandemiya dövrünün tələbləri nəzərə alınmaqla keçirilən tədbirə toplaşan insanlar öz ürək sözlərini bildirmiş, ustad haqqında xatirələrini söyləmiş və abidə önünə tər gül çiçək dəstələri düzmüşlər.
Bildirilmişdir ki, bu ilin oktyabr ayının 21-i Xəlil Rza Ulutürkün 90 illik yubileyidir. Torpaqlarımızı həmişə bütov və azad görmək arzusu ilə yazıb-yaradan şairin yubileyi ilk dəfə ərazi bütövlüyümüzun təmin edildiyi bir şəraitdə keçiriləcəkdir.