AZƏRBAYCAN ORDUSUNA ÜMÜMXALQ DƏSTƏYİ DAVAM EDİR.
Azərbaycanın ordusu bu gün öz zəfər tarixini yazır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşmən işğalından azad olunmaqdadır..Ordumuz hər cür müasir silah və sursatlarla təmin olunmaqla yanaşı həm də lazımı diqqət və qayğı ilə əhatə olunmuşdur. Bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan silahlı qüvvələrinin təchizatı və sosial təminatı dövlətimizin xüsusi nəzarəti altındadır.
Bununla bərabər Böyük Vətən müharibəsinin həlledici anlarında hamı bir nəfər kimi öz ordusuna könüllü olaraq dəstək nümayiş etdirir. Azərbaycanı təmsil edən hər kəs böyük qələbəyə sanki kicik də olasa şəxsi töhvəsini vermək istəyir. Bunu nəzərə alaraq Müdafiə Nazirliyi. Yeni yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərmək istəyənlər üçün bank rekvizitlərini elan etmişdir.
Salyanlılar da bu fonda öz dəstəyini göstərməklə Böyük qələbəyə öz töhvələrini verməkdədirlər.
“Anakur.az” saytına daxil olan məlumatda deyilir ki,Salyan rayonunun ictimaiyyəti, idarə və müəsissələrin kollektivləri, ayrı-ayrı şəxslər fərdi qaydada bu Fonda vəsaitlər kecirməkdə davam edirlər. Bu barədə daha geniş məlumatlar paylaşacağıq. Yeri gəlmişkən deyək ki, yeni fəaliyyətə başlayan və hələlik ictimai əsaslarla işləyən "ana kür.az da Fonda ilk yardımını etmişdir.
“El gücü- sel gücü”,- deyib atalarımız. ”El bir olsa, daşı oynadar yerindən”.
QƏLƏBƏ BİZİMLƏDİR.
Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri
Bankın adı: | Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı |
Bankın ünvanı: | Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A |
Bankın telefonları: | (012) 562 99 41, (012) 562 93 37 |
Kod: | 805584 |
VÖEN: | 9900001881 |
Müxbir hesab: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T Cod: | IBAZAZ 2X |
Benefisiarın adı: | AR Müdafiə Nazirliyi (Silahlı Qüvvələrə Yardım Fondu) |
VÖEN: | 1300162621 |
Hesablaşma hesabları: |
|
AZN | AZ98IBAZ38040019449930010202 |
ABŞ DOLLARI | AZ88IBAZ38140018409930010202 |
AVRO | AZ68IBAZ38140019789930010202 |
RUSİYA RUBLU | AZ08IBAZ38140018109930010202 |