Respublikanın təhsil müəssisələri yay tətilidədirlər. Bununla belə təhsil ocaqlarının yenə də qələbəlikdir. Hazırda Təhsil Nazirliyinin müvafiq tövsiyələrinə əsasənn “Yay məktəbi” layihəsi həyata keçirilməkdədir.
Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Priyev söhbət zamanı bildirmişdir ki, cari tədris ilində pandemiya ilə əlaqədar olaraq biliklərin şagirdlərə çatdırılmasında məyyən gecikmələr olmuşdur. Bundan başqa 44 günlük Vətən müharibəsi dövründə də internetin davamlığınin zəif olması səbəblərdən bəzi yerlərdə disidant təhsilin səviyyəsi qənaətbəxş deyildi. Ona görə də könüllülülk əsasında, yəni valideyinlərin razılığı ilə şagirdlər yay günlərində gündə 3-4 saat olmaqla məktəbdə olur, müəllimlərdən lazımı bilikləri alırlar.-
Fənn müəllimləri dərsləri qeyri- ənəəvi üsulla aparırlar. Yəni məşğələlər açıq havada, təbiət qoynunda, müxtəlif tarixi yerlərdə keçirilir.
Müşahidələr göstərir ki, Yay məktəbinin uşaqlara xeyiri çox olacaqdır. Onlar burada təkcə çatdıra bilmədikləri dərsləri deyi, eyni zamanda müxtəlif peşə vərdişlərinə yiyələnirlər. Asudə vaxtlarını təhsilə, elmə və yeniliklərin mənimsənilməsinə həsr edirlər.