Vətən müharibəsinin başlanmasınin il dönümü ərəfəsində 44 günlük Zəfər döyüşlərində canlarını qurban verərək şəhidlik məqamına yüksəlmiş oğullarımızın xatirəsi dövlətimiz və xalqımız tərəfindən əziz tutulmaqdadır. Bu münasibətlə şəhidlərimizin xatirəsinə bulaqların, abidə komplekslərinin tikilməsi də təqdirəlayiqdir. İndi bu yerlər insanlarımızın, gənclərimizin, xüsusən məktəblililərin ziyarət etdikləri ən əziz məkanlardır. Növbəti belə bir ünvan Salyanın Xalac kəndində inşa edilib. Vətən müharibəsi şəhidi Dadaşov Əjdər Pənah oğlunun adına ucaldılan abidə kompleksində kəndin birinci Qarabağ müharıbəsi, Aprel döyüşləri və tarixə Vətən müharibəsi kimi daxil olan döyüşlərdə şəhid olmuş 20 igidinin şəkli əks olunmuş mərmər lövhə vurulmuşdur. Xüsusi arxitektura ornamentləri ilə bəzədilmiş tikilınin üzərində Azərbaycanın bayrağı və gerbi əks etdirilmişdir
Abidə kompleksinin açılışında şəhid valieynləri, dövlət və ictimai qurumların, kənd ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etmişlər. Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyatında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki qəhrəmənlığından və böyük qələbənin qazanılmasında salyanlı döyüşçülərin igidlik və şücaətindən danışmış bu döyüşlərdə həlak olmuş bütün şəhidlərə allahdan rəhmət diləmişdir.
Tədbirdə şəhid Təhmiraz Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbinin şagirdlərinin şəhidlərimizə, silahlıqüvvələrimizə və Zəfər qələbəmizə həsr etdikləri şerparçaları səslənmişdir. Sonda iştirakçılar Xatirə komplersinin önünə əklil və gül dəstələru qoymuş şəkillər çəkdirmişlər