Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Qasımov Elməddin Aqil oğlunun bu gün il mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Şəhidin doğmaları Vətənə xidmətin hər bir övladın borcu olduğunu, Elməddin ilə fəxr etdiklərini qeyd etmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığlarını bildirmişlər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid Elməddin Qasımov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!