Əli bəy Hüseynzadənin xatirəsi bütün türk dünyası tərəfindən ehtiramla yad edilir. Onun doğulduğu Salyan torpağı isə türk dostlarımız tərəfindən türkçülüyün vətəni hesab olunur.Hər il fevral ayının 24-də həmyerlililəri və qonaqlar Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gələrək bura tər gül dəstələri düzür və xatirəsini ehtiramla yad edirlər.
Bu gün Salyan Rayon İcra Hakimiyyətinin icra başçısı Sevindik Hətəmov, icra başçısı yanında şura üzvləri, hüquq –mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri türk xalqlarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş böyük filosof, təbib, şair, rəssam, jurnalist, naşir, bir sözlə, ensiklopedik bilik sahibi olan Əli bəy Hüseynzadənin doğum günü münasibətilə abidəsi önünə gələrək gül –çiçək dəstələri düzmüş, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.
Qeyd edək ki, dahi mütəfəkkir 24 fevral 1864 –cü ildə Salyan şəhərində anadan olmuş, 1940 –cı il martın 17 –də İstanbulda dəfn edilmişdir.