Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımları törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabazara çevirmişlər. Qarşılarına çıxan azərbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, körpələri tonqallara atmaqdan və ya basdırmaqdan belə çəkinməmişlər.
Erməni quldurları Bakı ilə yanaşı, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngilanda, Salyanda və digər bölgələrinizdə də analoqu olmayan vəhşiliklər törətmişlər.
Tarixin yaddaşına qəddar və qaniçən millət kimi düşən ermənilər insanlara qarşı misli görünməmiş qətliamlar həyata keçirdikləri kimi, mədəniyyət və tarixi abidələri də dağıdır, məscidləri yandırırdılar.
1918 –ci ildə erməni faşistləri Azərbaycanın digər məlum bölgələrində olduğu kimi, Cavad qəzasında – indiki Neftçala və Salyan rayonlarının ərazilərinə daxil olan kəndlərdə də çoxsaylı həmvətənlərimizi ən ağır işgəncələrlə qətlə yetirmişlər.
Məşhur türk zabiti Ömər Paşanın rəhbərliyi ilə 100 nəfərə yaxın türk zabit və əsgəri yerli könüllü müdafiə dəstələrinin köməyinə çataraq erməni quldurlarına qarşı döyüşlərdə igidlik və şücaət nümayiş etdirmişlər. Bu döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş türk hərbçilərinin xatirəsinə şəhərimizdə memorial yaradılmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımlara hüquqi və siyasi qiymət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə verilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 27 mart 1998 –ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət sayəsində artıq beynəlxalq ictimaiyyət erməni qəddarlığı və zaman –zaman azərbaycanlılara qarşı törədilən soyqırımı və terror aktları ilə tanışdır.
Ermənistanın işğalçı dövlət olması da artıq öz təsdiqini tapmışdır. Xalqımız ümidvardır ki, tarixi saxtalaşdırmağa çalışaraq etdikləri vəhşilikləri ört –basdır etmək istəyən erməni cəlladları öz əməllərinə görə bir gün cavab verməli olacaqlar. Əlbəttə, beynəlxalq ictimaiyyət bu dəhşətli qətliamlara biganə qalmamalı, öz sözünü daha kəsərli, daha qətiyyətli şəkildə bildirməlidir.