Yeni Azərbaycan Partiyası müasir, müstəqil Azərbaycanın yaradılmasında və inkişafında tarixi missiyanı şərəflə yerinə yetirmişdir.Bu il yaradılmasının 30 illiyini qeyd edəcək YAP zamanın tələbi, xalqın istəyi ilə həyata vəsiqə almışdır.
Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan parçalanmaq, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayırdı. Belə bir çətin zamanda xalqın sabahını düşünən ziyalıları çıxış yolu axtardılar. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalı ölkəni düşdüyü ağır vəziyyətdən xilas edə biləcək partiyanın yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Hər zaman dövlətinin, xalqının gələcəyini düşünən, həyatının mənasını məhz Vətənə xidmətdə görən ümummilli lider Heydər Əliyevin bu müraciətə müsbət cavabı Onun nə qədər xalqına, dövlətinə bağlı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası sonrakı illərdə ölkəmizin daha da qüdrətlənməsini, güclənməsini təmin etdi. YAP-ın yaranmasından cəmi 7 ay sonra onun yaradıcısı, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin əsasını qoydu.” 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək, səs Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə çalışırlar.
Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük qürurdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmaq iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm əsaslar vardır.”
Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi də YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər cür fədakarlığı göstərməyə hazırdır.
YAP Salyan rayon təşkilatı həyatında əlamətdar hadisələrindən birinin qürurunu yaşamaqdadır. Sıralarında 7600 nəfərdən artıq üzvü birləşdirən YAP Salyan rayon təşkilatı partiyanın ilk təsis olunan təşkilatlarındandır. 29 il təşkilatın həyatında mühüm hadisələrlə yadda qalıb
YAP Salyan rayon Təşkilatı 17 iyul 1993-cü ildə təsis edilmişdir. O zamanlar mərhum Yasər müəllim bütün çətinliklərə baxmayaraq 31 Mart 1993-cü ildə rayon təşkilatının 15 nəfərdən ibarət təşkilat komitəsi yaradmış və hər bir təzyiqlərdən, çətinliklərdən qorxmayaraq partiyanın fəaliyyət göstərməsi üçün var qüvvə ilə mübarizə aparmış və çox keçmədən Salyan rayonunda konfrans keçirilərək YAP Salyan rayon təşkilatı təsis edilmişdir. Və eyni zamanda çox hörmətli Etibar müəllimə və YAP Salyan rayon təşkilatına uzun illər rəhbərlik etmiş Rəşad müəllimə də minnətdatlığımızı bildirmək istəyirəm. Məhz Rəşad müəllimin YAP Salyan rayon təşkilatına rəhbərlik etdiyi dövrdə təşkilat öz sıralarını genişləndirmiş, maddi-texniki bazası gücləndirilmiş, ictimai-siyasi həyatda fəal iştirak etməklə rayonun aparıcı qüvvəsinə çevrilmişdir.
Fərəh hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin sentyabr ayının 3-də rayonumuza səfəri zamanı cənab Prezidentin açılışını etdiyi mədəni-sosial obyektlərin sırasında Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası da olmuşdur. Yeni binada rayon təşkilatının fəaliyyəti üçün hər cür şərait yaradılmış, lazımi texnika və avadanlıqlarla təchiz edilmişdir.
Rayon İctimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti rayonumuzun sosial-iqtisadi potensialını yüksək qiymətləndirmiş, Salyan rayonunun inkişafı üçün yeni dövr, yeni mərhələ başladığını bildirmişdir.
YAP Salyan rayon Təşkilatın 29 illiyi münasibətilə bütün üzvlərini təbrik edir, hərbirinizə qazanılmış Zəfərimizin işığında yeni-yeni hədəflərin gerçəkləşdirilməsi istiqamətində Müzəffər Ali baş komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrə doğru daim inamla irəliləməyi arzulayıram.
Elmar ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri