Gənc şairə Ülviyyə Əbülfəzqızı Neftçala rayonunda, Kür çayı sahilində yerləşən Şorkənd kəndində dünyaya gəlib. Sonralar ailəsi Salyana köçüb. Kür çayının boynuna kəmər kimi dolandığı bu torpaqda ilk qələm nümunələrini yazıb. Özünün dediyinə görə 7 yaşında yazdığı ilk şeirini Salyanda nəşr edilən “Qələbə” qəzetinin mərhum baş redaktoru Məhəmməd Xəlilbəylinin diqqətini çəkib və çap edib.
Salyan şəhər 4 saylı məktəbin məzunu olan Ülviyyə 2005-ci ildə ADPU-nun filologiya fakültəsinə daxil olaraq ali təhsil alıb. Hazırda Bakı şəhərində pedaqoji fəaliyyətlə, özəl tədris mərkəzində Azərbaycan dilini tədris edir. məşğul olmaqdadır. Bu illərdə uşaq yaşlarından könül verdiyi söz sənətinə sadiq qalıb. Kiçik hekayələrin,esselərin müəllifidir.Yazıları bir neçə türk dərgilərində yayımlanıb. Gənclər arasında şeir, esse, hekayə, qiraət yarışlarında iştirak edib.Yaradıcılığı AYB-nin üzvləri tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.
İlk dəfədir ki, bizim saytımızda çıxış edir. Biz istedadlı gəncimizi bu münasibətlə təbrik edir və daha böyük yaradıcılıq uğurları arzu edirik.
Rüstəm Məlikov,
“anakur.az” saytının baş redaktoru, AYB-nin və AJB-nin üzvü,
“Ali Media” mükafatı laureatı
Səma qartalı.
Şığı səma qartalı, məhv et mənfur düşməni,
Azərbaycan səması heç vaxt unutmaz səni.
Zirvələrə layiqsən, sən ey cəsur qəhrəman,
Bağışlanmaz günahı, vermə düşmənə aman.
Göylərdə şahin kimi sən göstər hünərini,
Erməni yıxa bilməz Azərbaycan ərini.
Səmalar alqışlayır Xalid şəhadətini,
Canından üstün tutdun xalqın səadətini.
Susuz qalmış bir gülü qanınlamı suladın?
Torpağa qurban olub qazandın Şəhid adın.
Oğul, yerin gözəldir, dik tutmuşam başımı,
Yox-yox ağlamıram mən, gizlətdim göz yaşımı.
Baxıram dalğalanan müqəddəs bayrağıma,
Oğul, deyirəm mən də qurbanam torpağıma.
Fəxr edirəm səninlə, ruhuna baş əyirəm,
Yaşasın Azərbaycan! bax qürurla deyirəm!
+++
Şığı səma qartalı, məhv et mənfur düşməni,
Azərbaycan səması heç vaxt unutmaz səni.
Zirvələrə layiqsən, sən ey cəsur qəhrəman,
Bağışlanmaz günahı, vermə düşmənə aman.
Göylərdə şahin kimi sən göstər hünərini,
Erməni yıxa bilməz Azərbaycan ərini.
Səmalar alqışlayır Xalid şəhadətini,
Canından üstün tutdun xalqın səadətini.
Susuz qalmış bir gülü qanınlamı suladın?
Torpağa qurban olub qazandın Şəhid adın.
Oğul, yerin gözəldir, dik tutmuşam başımı,
Yox-yox ağlamıram mən, gizlətdim göz yaşımı.
Baxıram dalğalanan müqəddəs bayrağıma,
Oğul, deyirəm mən də qurbanam torpağıma.
Fəxr edirəm səninlə, ruhuna baş əyirəm,
Yaşasın Azərbaycan! bax qürurla deyirəm!
+++
Yenə nağıl danış mənə, ay ana
Yenə nağıl danış mənə, ay ana,
Qoyma kədərlərdən qəlbim dayana.
Bacarsan, beş yaşa apar sən məni,
Körpə əllərimlə oxşayım səni.
Biri var, biri yox, söylə, ay ana,
Bəlkə, sönmüş bəxtim bir də oyana
Söylə, danışdığın gözəl Pərini,
Sehrli çubuqla etdiklərini.
Necə dərs verirdi o rəzil Şərə,
Sevinc çiləyirdi bütün bəşərə.
Pisliyin kökünü atəşə atmış,
Nankorlar yox olub dəryada batmış.
Söylə göz qapağı olubdur qalxan,
Yoxdu bir nəfər də harama baxan.
Qurban olum, ana, məni sevindir,
Ağrıdan sızlayan qəlbimi dindir.
Pambıq əllərinlə oxşa telimi,
Müdrik sözlərinlə bəzə dilimi.
Dilimdə xoş sözlər açsın çiçəktək,
Bu nağıl nağıl yox, olsun bir gerçək.
+++
Yenə nağıl danış mənə, ay ana,
Qoyma kədərlərdən qəlbim dayana.
Bacarsan, beş yaşa apar sən məni,
Körpə əllərimlə oxşayım səni.
Biri var, biri yox, söylə, ay ana,
Bəlkə, sönmüş bəxtim bir də oyana
Söylə, danışdığın gözəl Pərini,
Sehrli çubuqla etdiklərini.
Necə dərs verirdi o rəzil Şərə,
Sevinc çiləyirdi bütün bəşərə.
Pisliyin kökünü atəşə atmış,
Nankorlar yox olub dəryada batmış.
Söylə göz qapağı olubdur qalxan,
Yoxdu bir nəfər də harama baxan.
Qurban olum, ana, məni sevindir,
Ağrıdan sızlayan qəlbimi dindir.
Pambıq əllərinlə oxşa telimi,
Müdrik sözlərinlə bəzə dilimi.
Dilimdə xoş sözlər açsın çiçəktək,
Bu nağıl nağıl yox, olsun bir gerçək.
+++
Xəbərin var?
Mənə qəmgin deyirsən, özündən xəbərin var?
Gülüşlərin saxtadır, mən yaxşıyam deyirsən.
Bəb-bəhlə tərifləyib ağrı-acı yeyirsən,
Kədərlə əlbir olan gözündən xəbərin var?
Susuz bir məskən seçib elə qönçə solmusan,
Məcbur asılı qalan bəxtsiz qırıq qolmusan,
Mən xoşbəxtəm söyləyib, qəmə aşiq olmusan,
Bu nə sözdür deyirsən, sözündən xəbərin var?
Məğrurdur bu qamətin, çinarlartək boy atıb,
Sınıq qəlbin beyninlə bir-birinə əl qatıb,
Günəşdən od götürən eşqin səmaya çatıb,
Yanırsan səssiz-səssiz, közündən xəbərin var?