Qədim və zəngin tarixə malik olan Azərbaycan bu günlər çox məsul bir dövrünü yaşayır. Zaman bizi yenidən sınağa çəkir.
Vətən oğullarımızın , qeyrətli xalqımızın, müdrük rəhbərimizin yümrüq kimi birliyinin nəticəsidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilmiş torpaqlarımız azad edilir. Milyonlarla insanımızın Vətən həsrətinə son qoyulur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan demək olar ki, hər gün səfər yazan ordumuzun asad etdiyi ərazilər, rayon və şəhərlər barədə sevundirici xəbərlər paylaşır.
Azad edilən bütün torpaqlarda Azərbaycanın üc rəngli bayrağı ucaldırır. Azərbaycanın silahlı qüvvələrinin qəhrəman əskər və zabitləri qürurla dalğalanan bayraqlarımızın önündə Ali Baş Komandana qələbə raportu verirlər.Çox tezliklə hərbçilərimizin qələbə sevincinin görüntülərini, Şuşada, Xankəndində, Laçında və digər işğal həyatına son qoyulmaqda olan ərazilərimizdən eşidiləcəkdir. Eşq olsun Azərbaycan əskərinə!
Biz qalib ordumuzla fəxr edirik. Bayrağımızı başımiz üzərinə qaldıraraq qürur hissimizi hər kəslə bölüşürük. Bu gün zəfər bayraqları təkcə döyüş meydanlarında deyil, insanların çalışdıqları idarə və müəssisələrdə, iş və xidmət yerlərində , ictimai yerlərdə, mənzillərin və iri tikintilərin fasadlarında dalğalanmaqdadır. Hər kəs ordu ilə, Ali Baş Komandan ilə həmrəy və bir yerdə olduğunu nümayiş etdirir.
Doğma Salyanımızdan həqiqi hərbi xidmətə çağrılmış əskər və könüllülərimiz torpaqlarımızın azad edilməsində böyük igidlik və şücətlə vuruşur, canlarını Vətən yolunda qurban verməkdən belə qorxmurlar. Qələbə bayrağını dalğalandıranlar sırasında Ana Kürün sahilində dünyaya gələnlər də vardır.
Qədim Salyanın dövlət idarə və müəssisələri ilə yanaşı vətəndaşlarımızın təşəbbüsü ilə uçaldılan Azərbaycan bayrağı bizim vətənpərvərliyimizi, milli ruhumuzu daha da zənginləşdirir.
Xalqımızın baş bayraqdarı, Ali Baş komandan İlham Əliyevin komandanlığı ilə Şuşaya, Xankəndinə sancılacaq bayraq çox tezliklə Bakımızın Azadlıq meydanında keçiriləcək hərbi paradda nümayiş etdiriləcəkdir.