Mediasiya cəmiyyətimizin hüquqi dövlət qurucüluğu istiqamətində irəliyə atdığı mühim addımlardanıdır. İndi tərəflər – hüquqi və fiziki şəxslər, aralarında yaranmış mübahisələri mediasiya təşkilatlarına müraciət etməklə daha tez həll etmək imkanı əldə edə bilirlər. Mediasiya haqqında qanunun tədbiq olunduğu bir neçə ildə artıq bu sahədə müsbət təcrübə qazanılmış və vətəndaşlıarın müəyyən qədər məmnumluğu təmin edilmişdir.
Salyan rayonunda fəaliyyət göstərən 1 saylı Salyan Mediasiya təşkiliatı artıq bu sahədə yaxşı təcrübəyə malikdir. Təşkilat Salyan rayonu ilə Şirvan,Neftçala,Cəlilabad və Bilasuvar rayonlarının hüquqi və fiziki şəxslərinə xidmət göstərir. Təşkilata tanınmış hüquqşünas, cəmiyyt arasında kifayət qədər nüfuzu olan, insanlar arasında sözü keçən, mediasiyanın məram və məqsədlərininə uyğn olaraq vətəndaş məmnumluğunu yaratmağı bacaran bir şəxs-Elman Hənifəli rəhbərlik edir.
Bu günlərdə Salyan 1 saylı mediasiya təşkilatının həyatında maraqlı hadisə baş vermişdir. Belə ki, Salyan şəhər mərkəzində, rayonun hüquq mühafizə orqanlarınin yerləşdiyi ərazidə yeni ofisi istifadəyə verilmişdir. Bu məqsədlə respublika və bölgənin mediasiya təşkilatlarının rəhbərləri, ictimaiyyət və media təmsilçilərinin iştirakı ilə yeni ünvanda yaradılmış şəraitə ictimai baxış olmuşdur.
Tədbir iştirakçıları öncə Salyanda ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünüə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ictimai təqdimatda iştirak edən mediatorları qəbul edib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Salyan 1 saylı mediasiya təşkilatına göstərilən diqqət və dəstəyə görə təşəkkür edib. İcra başçısı mediatorların fəaliyyətinə uğurlar arzu edib və Salyan 1 saylı mediasiya təşkilatının yeni ünvanda da fəaliyyətinin lazımı səviyyədə təşkil olunacağına əminliyini bildirmişdir. Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimində Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Salyan Rayon İcra Hakimiyyəti başçısının İctimai, Siyasi və Humanitar Məsələlər üzrə müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Elmar Əhmədov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ruslan Məmmədov, “Qələbə” qəzetinin redaktoru Rüstəm Məlikov, Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının rəhbəri Tahir Balakişiyev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, mediatorlar Taryel İsgəndərov, Aybəniz Səmədova, Salyan rayonunun ictimaiyyət nümayəndələri mediasiya təşkilatının yeni ofisndə yaradılmış şəraitlə tanış olmuşlar. Çay süfrəsi ətrafında davam edən tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd etmişdir ki, çox sevindirici haldır ki, ölkəmizdə mediasiya xidmətləri inkişaf etdikcə region mediasiya təşkilatları da vətəndaş yönümlü ofislərdə fəaliyyət göstərə bilirlər. Çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Salyan 1 saylı mediasiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın fəaliyyətinə uğurlar arzu edib. Təqdimat mərasimi zamanı eyni zamanda mediasiya xidmətlərinin həyata keçirilməsində vətəndaş məmnunluğu, mediasiyada əldə edilən barışıq sazişlərinin keyfiyyətli məzmunu, problemlər və qarşıda duran hədəflər də müzakirə edilib.