Azərbaycanda mediasiya xidmətlərinin rolu getdikcə genişlənməkdədır. Bu sahədə hüquqi bazanın yaradılması, həyata keçirilən maarifləndirici tədbirlər cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Buna görə də ölkədə mediasiya xidmətlərinin marketinqi getdikcə artır. Belə tədbirlərin bölgələrdə təşkili isə bu xidmətlərin daha geniş auditoriyanı əhatə etməsinə şərait yaradır.
"Anakur.az" xəbər verir ki, Salyan 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə 2 noyabr 2024-cü il tarixində rayonunun Aşağı Kürkənd kəndində yerləşən “Gölüstü” İstirahət Mərkəzində "Mediasiya xidmətlərinin marketinqi və barışıq sazişlərinin işlək olması üçün maarifləndirmə tədbirləri" mövzusunda regional inkişaf və maarifləndirmə tədbiri keçirilb. Tədbir Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, VII Çağırış Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhməd, Mediasiya Şurası Etika Komitəsinin sədri Aqil Əsgərov, "Femida" Vəkil bürosunun direktoru Pənah Məmmədov, Salyan Rayon İcra Hakimiyyəti aparatının hüquq şöbəsinin hüquqşünası Rəhim Rəhimov, Salyan Rayon “Qələbə” ictimai- siyası qəzetinin baş redaktoru, ”Ana Kür” ictimai birliyinin sədri Rüstəm Məlikov və region mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar iştirak etdilər.
Tədbiri Mediasiya Şurası idarə Heyyətinin sədri Nadir Adilov açaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” qanundan irəli gələn məsələlərin icrasında əldə olunmuş müsbət təcrübədən və görüləcək işlərdən ətraflı danışmışdır.
Regional inkişaf və maarifləndirə tədbirində Vll çağırış Milli Məclisin deputatı Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov mediasiya əməkdaşlarını və qonaqları salamlayaraq Azərbaycanda mediasiya missiyasının çox qədim ənənələri olduğunu vurğulamış və bu xeyirxah, humanist xidməti göstərən hər kəsə azərbaycanlı ailəsinin qorunması, uşaqların atalı-analı tərbiyyə olunması üçün daha səylə çalışmağı arzulamışdır.
YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov çıxış edərək qonaqları qədim milli ənənələri olan Salyanda salamlamış və mediasiya xidmətinin qloballaşma dövründə çox böyük əhəmiyyət daşıdığını vurğulayaraq tədbirə uğurlar arzu etmişdir.
Tədbirdə iştirak edən “Femida” vəkil bürosunun direktoru Pənah Məmmədov Salyan Rayon 1 saylı Mediasiya Təşkilatının bu təşəbbüsünü təqdir etdi və qazanılan təcrübələrin bölüşməsi və yeni marketik imkanlarına çıxış üçün bu kimi görüşlərin vacibliyini bildirdi.
Tədbirin ilk panelində "Mediasiyada marketinqin regionlarda təbliği və maarifləndirilməsi" mövzusu müzakirə edildi. Moderator rolunda çıxış edən Salyan Rayon 1 saylı Mediasiya Təkilatının direktoru Elman Hənifəli tədbir iştirakçılarını salamladı və mediasiyada marketinqin uğur hekayələrindən bəhs etdi. Ardınca çıxış edən digər nümayəndələr mediasiya xidmətlərinin marketinq fəaliyyətinin vacibliyi, barışıq sazişlərinin effektiv şəkildə həyata keçirilməsi üçün görüləcək tədbirlər və maarifləndirmə fəaliyyətlərinin əhəmiyyəti barədə danışıblar.
İkinci paneldə isə "Sosial Şəbəkələrdə Mediasiya Marketinqi və Maarifləndirmə Strategiyaları" mövzusunda çıxışlar edildi. Burada sosial mediada maarifləndirmə kampaniyalarının təşkili, gənclərin və ictimaiyyətin prosesə daxil olunması və mediasiya xidmətlərinin düzgün marketinqi məsələləri müzakirə olundu. Bu mövzuda çıxış edən, 12 saylı Mediasiya Təşkilatının üzvü mediator Zaur Quliyev, mediasiya xidmətlərinin sosial şəbəkələrdə düzgün təqdim olunmasının önəmlini vurğuladı.
Tədbirdə Bakı 12 saylı Mediasiya Təşkilatının, Lənkəran və Sabirabad Mediasiya Təşkilatlarının mediatorları, həmçinin Femida Vəkil Bürosunun vəkili Anar Ramazanov təşəkkürnamə ilə təltif edildi. Bu təşəkkürnamələr onların mediasiya sahəsindəki töhfələrini və regionda barışıq xidmətlərinin təşviqi sahəsində göstərdikləri fəaliyyətləri qiymətləndirmək məqsədi ilə təqdim olundu.
Bundan əlavə, Femida Vəkil Bürosu ilə Salyan 1 saylı Mediasiya Təşkilatı arasında birgə əməkdaşlıq barədə memorandum da imzalandı. Bu memorandum, gələcəkdə hüquqi yardım və mediasiya xidmətlərinin inkişafı sahəsində daha səmərəli əməkdaşlığın qurulmasını təmin edəcək.
Tədbirin sonunda regional mediasiya xidmətlərinin genişləndirilməsi planları, maarifləndirmə kampaniyalarının gələcək inkişaf istiqamətləri müzakirə olundu. Həmçinin Salyan Uşaq Gənclər İdman və Şahmat Məktəbinin futbol komandası üçün hazırlanmış formalar təqdim edildi.Bu tədbir çərçivəsində mediasiya xidmətlərinin əhəmiyyəti bir daha vurğulandı və belə tədbirlərin digər rayonlarda da təşkil olunacağı bildirildi