YAP Salyan rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş video-konfrans formatında hesabat yığncağı keçirilmişdir.
YAP Salyan rayon təşkilatının sədri Rəşad Çəbrayılov geniş hesabat məruzəsi ilə çıxış etdi. Məruzə ətrafında YAP Mərkəzi Aparatının Təşkilatlarla İş şöbəsinin əməkdaşı Mil-Muğan zonası üzrə kuratoru Həsən Daşdəmirov, YAP Salyan rayon Təşkilatının sədr müavini Razıgül Dadaşovaya, YAP Salyan rayon Təşkilatının İdarə heyətinin üzvü Səlimağa Səlimli, YAP Salyan rayon təftiş komisiyasının sədri Əliağa Mustafayev, komisiyanın İdarə Heyətinin üzvü Turanxanım Mehdiyevaya, YAP üzvü Günel Yaqubova çıxış etmişlər.
Məruzə və çıxış edənlər bildirmişlər ki, rayon təşkilatı hər il olduğu kimi 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun qurmuşdur. Qeyd edilmişdir ki, 2020-ci il Yeni Azərbaycan Partiyasının ayrılmaz hissəsi olan YAP Salyan rayon təşkilatı üçün də uğurlu il olmuşdur. YAP Salyan rayon Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının daxili və xarici siyasətinin xalq kütlələrinə çatdırılmasında təbliğat sahəsində xeyli işlər görmüşdur.
Hesabat ilində YAP Salyan rayon təşkilatı üzvlərinin sayı 7789 nəfər olmuşdur. YAP Salyan rayon təşkilatında 93 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərmişdir.
YAP Salyan rayon təşkilatında 2020-ci ildə 4 Şura və 13 İdarə heyətinin Video konfransı keçirilmiş, partiya daxili məsələlər müzakirəyə çıxarılmış, qərarlar qəbul edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yeni tarix yazdı. Bu, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin bir daha nümayişi idi.
Vətən müharibəsində Salyanlı gənclər fəal iştirak etmiş, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşularaq minlərlə salyanlı gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinə müraciət etmiş, onlardan yalnız 2400 nəfərdən çoxuna Vətən müharibəsində iştirak etmək nəsib olmuşdur. Salyanlı gənclər müharibədə mərdliklə, xüsusi şücaətlə vuruşmuş, göstərdikləri igidliyə görə orden və medallarla təltif edilmişlər.
Bu gün də YAP Salyan rayon təşkilatının üzvləri şəhid ailələrin ilə görüşləri davam etdirir, onları qayğıları ilə maraqlanır, Vətən müharibəsindən qayıtmış gənclərin məşğulluğunun təmin edilməsində yaxından iştirak edirlər.
Ümumilikdə bu dövrdə Yeni Azərbaycan Partiyası rayon təşkilatı və partiya fəallarının maliyyə dəstəyi ilə cəmi 58 şəhid, 93 qazi, 113 əsgər ailəsinə ərzaq və maddi yardım göstərmiş, Vətən müharibəsi ilə əlaqədar 8 digər aksiyalar keçirilmişdir.
Partiya üzvləri Salyan Rayon İcra Hakimiyyəti yanında yaradılmış "mobil qrup"ların tərkibində iştirak etmiş, Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə mütəmadi olaraq vətəndaşlarla maarifləndirmə işləri aparmışlar.
Yığıncaqda çıxış edənlər YAP Salyan rayon təşkilatının 2020-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etmişlər. Yığıncaq müzakirə olunan məsələyə dair qərar qəbul etmişdir.
Rüstəm Məlikov,Anakur.az saytının baş redaktoru