59- saylı Salyan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Jalə xanım Əhmədova 04 mart 2020-ci il tarixdə Salyan rayonunda seçiciləri ilə görüş –qəbul keçirmişdir. Deputatın qəbul otağında təşkil edilmiş tədbirdə 20 yanvar şəhidi Elçin İmanovun atası, Rayon Ağsaqqallar Şurasının sədri, Hacı Beydulla İmanov, Qarabağ müharibəsi şəhidi Nail Qaraşovun atası Cahangir Qaraşov. qazilərimiz, Vətən müharibəsi iştirakçıları və rayon sakinləri iştirak etmişlər.
Anakur.az saytının qəbulda iştirak edən əməkdaşı Rüstəm Məlikovun fikrincə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının tələbləri çərçivəsində təşkil edilən qəbulda 50 nəfərdən çox vətəndaş iştirak eimiş və onları narahat edən məsələlərin həlli barədə deputata müraciət etmişlər. Müraciətlər xarakterinə görə müxtəlif olmuşdur. Şəxsi məsələlərlə bağlı xahiş edənlər daha çox olmuşdur. Bura işlə təmin olunması, ev təmirinin başa çatdırılması, evladının təhsil haqqının ödənilməsi, torpaq icarəyə götürülməsi və sairə daxildir.
Hər bir müraciət edən vətəndaşı sona qədər dinləyərək problemlərlə yaxından tanış olan Jalə xanım onlara qaldırılan məsələlərin tezliklə həlli üçün mövcud qanunvericiliyin verdiyi hüqlar barədə məlumat vermiş icranı nəzəratə götürüldüyünü bildirmişdir. Altı saatdan çox davam edən qəbuldan sonra Jalə xanım bildirmişdir ki, belə xarakterli tədbirlər davam etdiriləcəkdir.
Rüstəm Məlikov.
Anakur.az saytının baş redaktoru