Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, RİH yanında İctimai Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, doğmaları, yaxınları rayon aramgahına gələrək şairin məzarı üzərinə tər gül dəstələri düzmüş, xatirəsini anmış, ruhuna dualar oxumuş, Allahdan rəhmət diləmişlər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, şair Oqtay Rza bütün varlığı ilə Azərbaycana, doğma yerdu Salyana bağlı, vətənpərvər və yurd sevər ziyalı idi. Onun Salyana hər gəlişi, tədbirləriizdə iştirakı, oxucuları qarşısında hərarətli çıxışları zaman keçsə də hələ də xatirimizdədir. Allah onu rəhmət eləsin.
Salyan İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov Oktay Rzanın poeziya yaradıcılığı ilə yanaşı fəal vətandaş, təəssübkeş ziyalı, ictimai tədbirlərdə yaxından işrirak edən qələm sahibi kimi həmişə yad ediləcəyini vurğulayıb. Ailəsi adından şairin bacısı Səfurə müəllimə, oğlu Hünər ziyarət iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şair 2 noyabr 1934-cü ildə Salyan rayonunun Qalalı kəndində anadan olub, 2019-cu il avqustun 18-də dünyasını dəyişib.