Hazırda iqlim dəyişiklikləri, bunun fonunda yaranan problemlər bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanda iqlim dəyişikliklərinin səbəb olduğu əsas çətinlik ilk olaraq çayların quruması, su problemlərinin artması ilə müşahidə edilir. Xüsusilə, Kür çayının ciddi ekoloji fəlakətlə üz-üzə qaldığı, aşağı axınında sululuğun azaldığı barədə həyəcanlı açıqlamalar səsləndirilir.
Bu həyəcan təbilindən sonra Kürün dadına bir neçə gün fasiləsiz yağan yağıntılar yetişdi və son günlər ərzində çayın aşağı axınının səviyyəsində sululuq artdı. Buna baxmayaraq, ekoloqlar, mütəxəssislər Kürün quruması təhlükəsinin tamamilə aradan qalxmadığını düşünürlər.
Bəs Kürün və o cümlədən başqa çayların qurumasının qarşısı necə alınmalıdır?
Bir neçə gün öncə Şuşada keçirilmiş Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda ölkəmizdəki ekoloji vəziyyət müzakirə olundu. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində ekobalansın pozulduğunu dedi. O, Oxçuçayın çirklənməsi, Kür çayında suyun səviyyəsinin azalması və digər vacib məsələlərə toxundu.
Nazir Muxtar Babayev bildirdi ki, BMT ilə müxtəlif isitqamətdə əməkdaşlıq mövcuddur və bundan sonra da təmaslar davam etdiriləcək. Diqqətə çatdırıldı ki, xüsusilə təbiətin mühafizəsi, suyun idarə edilməsi və digər istiqamətlər üzrə proqramlar hazırlanıb.
Nazir onu da qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə 11 meteoroloji stansiyanın tikilməsi barədə artıq təklif verilib. Şuşa şəhərində dopler radar sistemi qurulacaq və Şamaxı ilə Göygöl ərazisindəki mövcud şəbəkəyə qoşulacaq.
Bundan əlavə, nazir Kür çayında suyun səviyyəsinin kəskin azalmasına münasibət bildirdi.
“Kür çayının quruması artıq böyük müzakirə predmetinə çevrilib. Həqiqətən də Kür çayında suyun azalması, səviyyəsinin enməsini müşahidə edirik” – deyən nazirin sözlərinə görə, problem daha çox iqlim dəyişmələri ilə bağlıdır:
“Xüsusilə yanvar-fevral aylarında görünməmiş quraqlıq olub. Əfsuslar olsun ki, yağıntı az olub. Qar yağan günlər də çox az olub. Çaylarda suyun əsas mənbəyi qar, qar ehtiyatlarının əriməsi və yağışdır. Amma yağıntılar çox azdır. Əlbəttə ki, bu da neqativ təsir göstərir. Əsas məqsədimiz harada əlverişli şərait varsa, orada suyun yığılması, qorunması və istehlakçıların su ilə təmin olunmasıdır. Təbii ki, burada biomüxtəlifliyi də nəzərə almaq lazımdır. Çünki bunun biomüxtəlifliyə də böyük neqativ təsiri var. Bunun həlli yolunu beynəlxalq təşkilatlarla müzakirə edirik. Əfsuslar olsun ki, bu proses təkcə Azərbaycanda deyil”.
Qeyd edildiyi kimi, Azərbaycanın ən böyük çayı olan və ölkənin əsas su mənbəyi sayılan Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin ciddi şəkildə azalması müşahidə olunur.
Bu haqda danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev vurğulayıb ki, Kür çayında hidroloji monitorinqlər aparılır, gündəlik suyun səviyyəsi, su sərfi ölçülür.
O xatırladıb ki, 2022-ci ildə aparılan monitorinqlərin nəticələrinə əsasən, fevral ayında Kür çayının aşağı axınında suyun səviyyəsi enib, Surra hidroloji məntəqəsində 59 sm, Şirvanda 56 sm, Salyanda 121 sm, Bankədə isə 19 sm azalıb:
“Mövsümə görə ölkə ərazisindəki çaylarda azsulu dövr müşahidə olunur. Dağlıq ərazilərə yağıntının qar şəklində yağması nəticəsində bu dövrdə çaylarda sululuq azalır”.
A.Verdiyev diqqətə çatdırıb ki, Kür çayında suyun kəskin azalmasına təsir edən amillərdən ən əsası iqlim dəyişikliyidir:
“Azərbaycanda, əsasən, aprel ayından başlayaraq iyun ayınadək havanın temperaturunun artması, dağlıq ərazilərdə qarın tədricən əriməsi və yağan yağışlar nəticəsində çaylarda sululuğun artması müşahidə olunur. Həmin dövrdə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə mart ayının ilk günlərindən başlayaraq Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərinə 5 qrupdan ibarət ekspedisiya təşkil olunaraq 31 marşrut üzrə qarölçmə işləri yerinə yetiriləcək”.
Bundan əlavə, baş hidroloq qeyd edib ki, artıq Kür çayının Ağstafa hissəsində suyun artması müşahidə edilir.
Kür çayının hazırki durumunun qarşısının mütləq alınmalı olduğunu söyləyən professor Musa Qəniyevin fikrincə, bunun nəticələri bizim üçün COVID-19 pandemiyasından da ağır və faciəvi olacaq:
“Kür çayının bu gün gördüyüm real vəziyyətinə yalnız bir ad vermək olar, faciə, fəlakət. Bu hal, müdaxilə olunmazsa, təkcə su təminatı və təchizatı ilə bağlı deyil, həm də gigiyenik qaydalara əməl edilməsinin mümkünsüzlüyü səbəbindən, ölkəmizin lokal bölmələrində dizenteriya, qarın yatalağı, diareya, polimiolit, hətta xolera kimi kökü kəsilmiş infeksiyaların idarə olunmaz epidemiyasının baş verməsinin ehtimalı yox, həqiqət olacağına şübhə belə doğurmamalıdır. Bunu söyləmək böyük məsuliyyət tələb etsə də, bu real həqiqətdir”.
Musa Qəniyev düşünür ki, Kürün qurumasının əsl səbəbləri hələ də qaranlıq olaraq qalır:
“Düzdür, bu haqda 2 il əvvəl Coğrafiya institutu əməkdaşları açıqlama verib, lakin bu açıqlama əsaslandırılmış elmi-tədqiqatlara istinad etmir. Çünki, Kürdə suyun səviyyəsinin katastrofik dərəcədə aşağı düşməsi və çayın aşağı axında suyunun şorlaşmasına (əks axın) səbəb kimi göstərilən aşağıdakı səbəblər, mütləq əsas kimi qəbul oluna bilməz:
a) aşağı axında çayın dib səthinin eroziyaya uğraması,
b) Xəzər dənizinin suyunun zaman-zaman artıb-azalması,
c) balıq yetişdirmək üçün süni göllərin yaradılması və ya digər- ictimaiyyət və təbiətə bağlı səbəblər...
Çünki, Kürə Araz, Paravani, Böyük Liaxvi, Ksani və Arakvi kimi iri axınlar qoşulsa da, onun əsas qida mənbəyi öz başlanğıcını götürdüyü Türkiyənin şimalında olan dağların buzlaqlarıdır. Son bir neçə ildə əsaslı iqlim dəyişikliyi olmadığına görə, Kürün səviyyəsi bu şəkildə azala bilməz. Hətta nisbi istiləşməyə istinad edilsə belə, bu halda buzlaqların əriməsinə görə, Kürün səviyyəsi hətta artmalıdır”.
“Digər tərəfdən, Kürün səviyyəsinin bəzilərinin “fəlakət göstəricisi” adlandırdığı dərəcəyə qədər qalxaraq, ölkəmizin Aran zonasını əhatə edən geniş miqyaslı daşqını da uzaq yox, yaxın keçmişdə - 2010-cı ildə baş vermişdir. Deməli, hazırkı durumun təbiət dəyişikliyilə birbaşa bağlılığı ola bilməz.
Böyük ehtimalla bunun arxasında xalqımıza qarşı məkirli məqsədlər güdən insan faktoru durur. Çünki Kürün quruması qardaş Türkiyənin bir (Ardaxan), Gürcüstanın 8, Azərbaycanın isə, qərb və cənubi-şərq zonasında düz 20 bölgə (rayon) əhalisi üçün ölümə bərabər faciədir.
Bu faciədən qurtuluşun yeganə yolu, ölkə başçısına müraciətdir. Yalnız Prezidentimizin qətiyyəti, hər 3 ölkə səviyyəsində bu bəlanın araşdırılması və aradan qaldırılması üçün birgə (Türkiyə, Gürcüstan və Azərbaycan) Dövlət komissiyasının yaradılmasına təminat verə və xalqımızı bu bəladan qurtara bilər”.
Aysel Aslan
Yazı Medianın inkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.
Modern.azBu həyəcan təbilindən sonra Kürün dadına bir neçə gün fasiləsiz yağan yağıntılar yetişdi və son günlər ərzində çayın aşağı axınının səviyyəsində sululuq artdı. Buna baxmayaraq, ekoloqlar, mütəxəssislər Kürün quruması təhlükəsinin tamamilə aradan qalxmadığını düşünürlər.