Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğını nəzarət altına alınıb.
Anakur.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.
Onun sözlərinə görə, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bölgədən izləməyə davam edir. Yanğınla mübarizəyə 20 helikopter, 14 təyyarə cəlb edilib.
Qeyd edək ki, yanğın ötən gün başlayıb.