QHT məktəb liseydə dəyirmi masa təşkil etmişdir
Azərbaycanın 2030-cü ilədək sosial-iqdisadi inkişafına dair milli prioritetlırdən birinin “ Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”müəyyən edilməsi cəmiyyətimizdə ətraf mühitin sağlaqmlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinə marağı daha da artırmışdır. Bu məqsədlə dövlət səviyyəsində həyata keçirilən layihələrlə yanaşı maarifləndirici tədbirlər də genişlənməkdədir. Bu istiqamətdə vətəndaş cəmiyyətinində tövhələri getdikcə genişlənir.
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsi də bu ideyaların gercəkləşməsinə xidmət etməkdədir.
Növbəti maarifləndirici tədbir Salyan rayonunda şair Əliağa Kürçaylının adını daşıyan 7 saylı texniki fənlər təmayüllü məktəb- liseydə təşkil olunmuşdur. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, şəhər sakinləıri və yerli Medianın nümayəndələri iştirak etmişlər.
Dəyirmi masada layhə rəhbəri Rüstəm Məlikov may ayının 1-dən icrasına başlanılan layihənin məqsələri və gözlənilən nəticələr barədə tədbir iştirakçılarına məlumat vermiş və qeyd etmişdir ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu istiqamətdə görülən digər işlər cəmiyyətimizin bu sahəyə nə qədər çox dəstək vermək əzmində olduğunu göstərməkdədir.
Bildirilmişdir ki, icra müddətində keçiriləcək dəyirmi masalar, ekoturlar, Kür çayı sahilində icra olunacaq təmişzlik aksiyaları insanlarda təbiətə dost münasibəti formalaşdıracaq, ətraf mühitin qorunması üçün yeni təşəbbüslər verən könüllülər artacaqdır.
Tədbirdə məktəb liseyin biologiya müəllımi, tanınmış ekspert, Əməkdar müəllim, Gülşən Piriyeva, liseyin Əməkdar coğrafiya müəllimi Şəhla Rəhimova, şəhid Vidadi Əhmədovun həyat yoldaşı, liseyin riyaziyyat müəllimi Zöhrə Əhmədova, çagird Anana Orucova çıxış edərək təhsil ocağında yaşıl düşüncənin təşviqi istqamətində mövcud vəziyyət və həyata keçirilən işlər barədə danışmış, təkliflər irəli sürmüşlər.Deyilmişdir ki, Kür çayı sahillərində ekoloji vəziyyətin qorunmasına daha ciddi yanaşmağa səy göstərmək lazımdır.
Tədbirdə rayon ictimaiyyətini təmsil edən rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, rayon Ziyalılar birliyinin sədri Alahverdi Piriyev. şair –publisist Əzizağa Məmmədli sıxış edərək bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP-29 tədbirinin də cəmiyyətimizin həyatında mühim rol oynayacağını bildirmişlər
İştirakçılara maarifləndirici press-relizlər paylanmış və tədbir çay süfrəsi ətrafında davam etdirilmişdir.Səslənən təkliflər layihə rəhbərliyi tərəfindən qeydə alınmışdır.