Anakur.az tibbi mənbələrə istinadla xəbər verir ki, İstisu bulağından çıxan suyun tərkibində orqanizm üçün çox faydalı olan elektrolitlər və minerallar sayılan litium, sink, maqnezium var. Bu suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər və hər litrində 7 qrama qədər digər lazımlı minerallar və elektrolitlərlə zəngin olmasıdır. İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.
Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan İstisu 12 çeşmədən ibarətdir. Maqnezium tərkibinə görə dünyanın ən məşhur su mənbələrindən olan Sloveniyada Roqaşka, Çexiyada Karlovı Varı və Rusiyada Mineralnıye Vodı ərazisində olan mineral sularla müqayisə etmək olar və tərkibinə görə daha zəngindir.
