Respublikamızın tanınmış veteran ekoloqu, uzun illər Şirvan Milli Parkına vicdanla rəhbərlik etmiş, Salyan rayonunun ağsaqqal ziyalılarından biri, prinsipial və səmimi insan, sədaqətli dost, mehriban yoldaş Elmar Hacıyev 13 Dekabr 2020-ci il tarixdə haqq dünyasına qovuşdu.
Elmar Müseyib oğlu Hacıyev 8 İyun 1950- ci ildə Salyan rayonunda ziyalı ailəsində dünyaya gəlmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetini coğrafiya ixtisası üzrə bitirdikdən sonra bir müddət rayonda pedaqoji fəailyyətlə məşğul olmuşdur.
E.Hacıyevin tərcümeyi halı o vaxt Şirvan Qoruğu kimi adlanan indiki Şirvan Milli Parki ilə bağlı olmuşdur. O, 28 il qoruğun rəhbər vəzifəsində çalışmış və bu illərdə oz prinsipiallığı və təbiətə sonsuz məhəbbəti ilə tanınmışdır.
Dövrünün yüksək vəzifə və səlahiyyət sahiblərinin belə qoruqdan ov məqsədilə istifadə etmələrinə, burada mal-qaranın otarılmasına şərait yaratmadığına görə incidilmiş, qanunsuz işdən çıxarılmışdir. Haqqın ədalətin hər zaman qalib gələcəyinə inanan Elmar müəllim məhkəmə qərarları ilə işinə bərpa olunsa da, haqsızlar onun fəailiyyətinə həmişə mane olmağa çalışmaışlar.
Həyat bu gün göstərir ki, onun əməyi hədər getməyib. Bu illər ərzində o təmiz əqidəli çoxlu sayda insanların sevimli dostuna, yoldaşına çevrilib.Umummilli Lider Heydər Əliyevin qardaşı, akademik, təbiət loğmanı Həsən Əliyev Elmarın işini həmişə bəyənmiş və prinsipial insan və təbiətə sədaqətinə görə onunla üzun illər mehriban iş münasibətləri saxlamışdır.
Elamar Hacıyev Salyan rayonunun tanınmış və nüfuzlu ziyalıllarından biri idi. Yaşadığı rayonunn təəsübünü həmişə çəkməyi özünə borc bilidi.Adamlarla xoş münasibət saxlayır və onların xeyirində-şərində yaxından iştirak edirdi. O, səmimi ailə başçısı idi. İki oğul bir qız atası olan Elmar müəllim həyat yoldaşı Minaxanım həkimlə cəmiyyətimiz üçün ləyaqətli övladlar böyüdüb tərbiyə etmişdir.
Elmar müəllimin əziz xatirəsi hələ uzun müddət onu tanıyanların xatirindən silinməyəcəkdir.
Doğmalarına, əzizlərinə başsağlığı verirk.
Allah rəhmət etsin
Rüstəm Məlikov,
“Anakur.az” saytının baş redaktoru.