Anakur.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya Hidrometereologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand deyib. "Bir çox klimatoloqların hesablamalarına əsasən, 2050-ci ilədək, ola bilsin, 2060-cı ilədək yayda Arktikanın ümumiyyətlə buz örtüyündən azad olması ehtimalı böyükdür",- deyə rusiyalı alim bildirib.
Onun sözlərinə görə, Arktikada buz örtüyü son 40 ildə sürətlə əriməyə başlayıb. Qeyd edək ki, istiləşmə "Qırmızı Kitab"a düşmüş unikal heyvan növlərini, ilk növbədə qütb ayılarını təhdid edir.