AZƏRTAC xəbər verir ki, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
M.Əbdülhəsənov bildirib ki, hövzə şuralarının yaradılması, su ehtiyatlarının hövzə prinsipi ilə idarə olunması, çayların idarəedilmə planlarının hazırlanması dövlət səviyyəsində tətbiq olunması qarşıda duran məqsədlərdəndir: “Su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məsələsi qoyulub. Bu il ərzində strategiya hökumətə təqdim ediləcək. Orada baxdıqdan sonra ölkə rəhbərliyinə təqdim olunacaq. Bu sahədə qurumların rəyləri öyrənilir. Onlarla mütəmadi danışıqlar gedir. Strategiyanın tətbiqi bilavasitə qanunvericilikdə, beynəlxalq yanaşmada, o cümlədən idarəetmə prinsiplərində müəyyən dəyişikliklər və tələblər qoyub, mərhələlərə bölünüb, bununla bağlı məqsəd və hədəflər müəyyən edilib. Hesab edirik ki, bu yaxınlarda bir çox qurumlardan təkliflər aldıqdan sonra onlar müzakirə olunacaq və ictimaiyyətə də bildiriləcək”.
