Anakur.az-ın məlumatına görə Nazirlik sözçüsü bildirib ki, hazırda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun mənfi 9 dərəcəyədək enəcəyi gözlənilir:
“Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmamaq, şəxsi nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur".
