Bu barədə AZƏRTAC-a Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov məlumat verib.
O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib.
Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işləri aparılacaq, hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.
