Kür çayında suyun səviyyəsinin getdikcə aşağı düşməsini hər gün çayın üzərindən keçərək mənzil başına, işə tələsən insanlar daha çox hiss edirlər. Son illərin müşahidəsi göstərir ki, çayda sululuğun səviyyəsi demək olar ki, həmişə aşağı olur.
“Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək içtimai birliyinin sədri Rüstəm Məlikov Anakur.az saytına bildirib ki, çayda su həmişə bol olub. Hətda, səviyyənin qalxması nəticəsində Kür öz məcrasından da çıxaraq ətraf kəndlərin ərazilərini də su altında qoyan vaxtı da olmuşdur. Bəs indi nə baş verir? Təqdim etdiyimiz şəkillərdən də göründüyü kimi çayın Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi ən aşağı həddədir.
Bunun səbəbi nədir? Çayın mənbəyinin Türkiyə ərazisindən başlayan ərazisindəki dağlarda qarların hələ əriməməsi, qlobal iqlim dəyişiklikləri, yeni əkin sahələrinin dövriyyəyə qoşulması, şəhərsalmanın genişlənməsi, yoxsa həyat mənbəyi olan sudan israfçılıqla istifadə edilməsi, bir sözlə insanın təbiətlə münasibətində birincilərin qeyri- səmimi münasibətı. Əslində bu sadalananların hər biri bu məsələyə müəyyən mənada aidiyytı vardır.
Mütəxəssislər deyirlər ki, Kür çayının su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Bütün bu komponentlərin ümumi miqdarı azaldığına görə, Kür çayında suyun səviyyəsi aşağı düşmüşdür.Artıq bir neçə gün davam edən intensive yağışlar belə suyun səviyyəsinin qalxmasına nəinki təsir edir, heç rəngin də dəıyşiə bilmir.
Mövcud vəziyyətdən daha çox əziyyət çəkən əsasən Kür çayının aşağı mənsəbində yerləşən Salyan və Neftçala rayonlarının sakinləri, fermerləri və digər subyektləridir. Hazırada yaz- tarla işlərinin qızğın vaxtıdır. Pambıq əkiləcək sahələr arat olunur,taxıl zəmiləri,bağ-bostan əraziləri mütamadi olaraq suvarılmaqdadır.
Salyan suvarma sistemləri idarəsinin rəisi Tahir Yusifov deyir ki, melioratorlarımız Salyan və Neftçala rayonlarının təqribən 60 min hektar suvarılan sahəsini su ilə təmin etməlidir. Bu məqsədlə Kür çayı üzərində müxtəlif gücə malik 29 ədəd nasos qiraşdırılmışdır.Onların gücü ilə saniyədə Kür çayından 60 kubmetr su götürmək mümükündür. Lakin çayda suyun səviyyəsi aşağı olduğu üçün nasoslar məhsuldar işləyə bilmir. Qurğuların ötürücülük imkanı saniyədə 35-40 kubmetrdən yuxarı qalxmır.
