.
“Günəşli” sanatoriyası Abşeron rayonunun Mərdəkan qəsəbəsində yaşıllıqlar qoynunda yerləşir. Hər il minlərlə insan buradakı təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su və digər şəfa qaynaqları ilə sağlamlıqlarını pərpa edirək evə, ailəyə, doğma kollektivə qayıdırlar. Dünyanı bürüyən karonavirus dövründə müalicə ocağı tam gücü ilə fəaliyyət göstərməsə də kollektiv öz fəaliyyətini Nazirlər Komineti yanında Operativ Qərargahın müəyyən etdiyi tələblər əsasında qurmaqla işini davam etdrməkdədir. Sanatoriyadakı müalici və özünəməxsus havası çoxları kimi məni də uzun illərdir ki, buranın xidmətindən istifadə etməyə təşviq etməkdədir. Hər dəfə bir xoş təəssüratla, öz işimə qayıdır, peşəkar jurnalistlik fəaliyyətimi daha gümrah və yüksək əhval ruhiyyə ilə davam etdirməyə artıq adət etmişəm.
İsti avqust günləri hələ də davam etməkdədir.İnsanlar təbiət qoynuna gedir, öz yay istirahətlərini bacardıqları və imkanları daxilində maraqlı keçirməyə çalışırlar. Mən isə məzuniyyətimi yenə də özümə çoxdan doğma sandığım insanların yanında, Azərbaycan Həmkarlar İttfaqı Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli “ nevroloji sanatoriyasında keçirməyi qərar aldım. Mədəniyyət İşçiləri Həmkar İttifaqı Salyan rayon komitəsinin yollayışını qeydiyyatdan keçirdikdən sonra yerləşəçəyim birinci şöbəyə gəldim.
Burada məni baş tibb bacısı Mehriban xanım Müzəffərova qarşıladı. Sosial məsafə saxlamaqla salamlaşdıq. Hal-əhval tutduq. Gətirdiyim zəruri sənədləri təqdim etdim. Adı kimi özü də mehriban olan bu xanım sənədləri qeydə alarkən görkəmindən çox təmkinli görünən orta yaşlı bir nəfər qeydiyyat pəncərəsinə yaxınlaşaraq xüdafisləşdi və hər çür diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Bu təbii mənzərə idi. Hər kəs yollayış müddəti qurtarandan sonra burada onların qayğılarının həllinə yardımçı olmuş insanlarla xudafisləşməyi özünə borc blir...Mehriban xanım qeydiyyat işini tamamlayandan sonra dedi:-“müəllim, bildiniz kim idi.” Mən təbii ki, “Yox” dedim. Şəhid atası idi. Həyat yoldaşı ilə birlikdə burada müalicə olunurdular. Çox təmkinli və alicanab insanlardılar. Ağcabədi rayonundan gəlmişdilər.Çalışdıq ki, Vətən yolunda övlad qurban vermiş bu ailəyə dövlətimizin yaraqdığı şəraitə uyğun lazımı səviyyədə xidmət göstərək. Bu gün rayona qayıdırlar...
Burada peşə xarakterim mənim istirahətdə olduğum duyğularıma üstün gəldi. Dönüb geriyə, şəhid atasının çıxaraq uzaqlaşdığı qapıya baxdım. Tibb bacısından şəhid valideyinləri ilə görüşmək istədiyimi bildirdim...
Sanatoriyanın birinci şöbəsinin foyesindəki geniş salonda üsbə-üz oturmuşuq. Şəhid atası Rəşad Rəhimov və bu sətirlərin müəllifi. Söhbətə mən başlayıram. ”Allah şəhidlərimizə rəhmət etsin”- deyirəm. Başımızı uca etdilər. 30 illik düşmən işğalına son qoydular.Vətəni canlarından üstün bildilər.Qanları ilə tarix yazdılar
Rəşad Rəhimov ixtisasca tarix müəllimidir. Ağcabədi rayonunda Hindarx qəsəbəsində şəhid X.Həsənov adına 2 saylı ümumi orta məktəbinin 11 il direktoru olub.YAP-ın üzvüdür. Səhəti ilə əlaqədər məsul işini fənn müəllimi kimi davam etdrir. Azərbaycanımizin tarixini, vətənimizin azadlıq, müstəqillik uğrundakı mübarizəsini və müasir Zəfər tarixini təbliğ edir.
Ağcabədlilər Vətən müharibəsində 44 nəfər şəhid vermişlər.Onların hər birinin qəhrəmanlığını tam mənası ilə ifadə etmək mümkün deyildir. Rəşad müəllim həyat yoldaşı Zülfiyyə xanımla böyüdüb ərsəyə çatdırdıqları ilk övladları-Öməri həyatda hələ heç bir şəxsi uğurunu qazanmağa imkanı olmayan balalarını vətənin azadlığı yolunda qurban vermişlər.
Onu şəhidlik zirvəsinə aparan yol elə doğulduğu evdən, valideyinlərinin tərbiyyəsindən başlayır. O, çox erkən atasına bildirib ki, mənim yolum başqadır. Hərbi xidmətə keçmədən, torpaqlarımızı düşməndən azad etmədən bu torpağın üzərində gəzməyə haqqımız yoxdur. Öncə Vətəndir.
Bu belə də oldu. Lakin çoxları kimi onun da ömrü yarımçıq qaldı...Ömər Rəhimovun qısa və mənalı həyat yolu barədə pespublika televiziyasıının müxtəlif kanallarında və mətbuatda yazılar vardır.Bu tarix zaman-zaman yazılacaq və təbliğ olunacaqdır. Bu tarixi biz də yazmağı özmüzə borc bilirik.
Rəhimli Ömər 2002 ci il fevralin 1 də Agcəbədi rayon Hindarx qəsəbəsində ziyali ailəsində dunyaya gəlib. 2008- ci ildə şəhid Xanoglan Həsənov adina Hindarx qəsəbəsi 2 sayli umumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2017- ci ildə həmin məktəbin 9-cu sinfini bitirib və təhsilini E.İsmayilov adina Hindarx qəsəbə 1sayli tam orta məktəbində davam etdirərək 2019- cu ildə 11-ci sinfi başa vurub. 2020- ci il aprel ayinda həqiqi hərbi xidmətə cagirilib.
Mayin ayının altısında Sumqayita N sayli hərbi hissədə xidmətə başlayıb. Oktyabirin 6-sı Vətən muharibəsinə- ön cəbhəyə yollanıb. Fizuli,Cəbrayil, Qubadli, Zəngilan, Hadrut, Lacinin kəndləri, Xocəvənd və Şuşada, Daşaltida gedan top- artreliya döyüşlərində iştirak etmişdir. Azad etdikləri hər bir şəhər və kəndlərə Agcəbədi Hindarx Ömər Rəhimli sözlərini yaza- yaza irəliləmişdir.Bir dəfə zəng edəndə Qubadlinin daglarina baxib oranin necə gözəl olmasindan bəhs etdi. “Baxib ruhum dəncəlir”- dedi: ”Canimi verərəm, amma Qarabagi vermərəm”- dedi.
Noyabrin 9-u Şuşada gedən döyuşlərdə yaralandi. Agir yarali olmagina baxmayaraq tefonu göturub əmisinə zəng edib yaralandigin bildirib. 7 saat yarali qalib, yoldaşları onu Hadruta gətirilərək qanaxmani saxlayib və Füzuli qospitalina göturiblər. 1 gecə hərbi qospitalda qaldiqdan sonara noyabrin 10-u Papanin qospitalina götürüblər. 2 gundən sonra ayin 12-si həkimlər əməlyyat etməyi qərar veriblər. Əməlyatdan isə o ayılmadı. Noyabrın 22-si isə gözlərini əbədi yumaraq şəhidlik məqamına yetişdi. Yaşadigi Agcəbədi rayon Hindarx qəsəbəsi qəbirstanliginda torpağa tapşirildi. Xatirəsinə bulaq kompleksi inşa edilmişdir.
…Əziz oxucum. Bunlar 19 yaşı şəhid olduğu ildə tamam olan Ömər balamızın çox az sətirlərə sığan qısa həyat bioqrafiyasıdır. Bəli, qısa həyat bioqrafiyası. Ancaq onun qəhrəmanlıq bioqrafiyasını, 6-7 aylıq əskəri xidmət dovrünü, nəhayət onu şəhidlik zirvəsinə qovuşduran yolun qəhrəmənlıq anlarının heç biri hələ qələmə alınmayıb və tarixçi, publicist araşdırmaçısını gözləyir...Əməllərini isə kiçik qardaşı Orxan davam etdirməkdədir. Hazırda o Bərdə Humanitar Iqtisad Kollecinin tələbəsidir.
Şəhid atasına son suallarım “Günəşli” sanatoriyasında onlara göstərilən tibbi xidmət barədə oldu. Rəşad müəllim dedi ki, biz özümüzü burada şəhid ailəsi kimi aparmadıq. İndi demək olar ki, hər ailənin şəhidi vardır. Xalqımız böyük Zəfərı qazananlara lazımı qiymətini verir. Çox az adam bildi ki, biz şəhid valideyniyik. Bununla bərabər istər xidmət, istərsə tibb personalı, istərsə də sanatoriya rəhbərliyi bizi diqqətdə saxladı, qayğı göstərdi. Baş həkim Ələkbər Nəzərova və onun rəhbərlik etdiyi kollektivə minnətdarlıq edir və heç də asan olmayan işlərində uğurlar arzu edirəm.
Biz də şəhid atasının arzu və istəklərinə qoşulur, müalicə üçün “Günəşli” sanatoriyasına gələn hər kəsə isə şəfalar diləyirik.
Rüstəm Məlikov,
”anakur.az”saytının baş redaktoru.
”Ali Media” mükafatı laureatı