Sentyabrın 13-də Ermənistan sərhədində baş verən təxribatlar zamanı şəhid olan hərbi qulluqçu Səmədov Elmin Mirzəli oğlu dəfn olunub.
1996-cı il təvəllüdlü Səmədov Elmin Mirzəli oğlunun cənazəsi bu gün doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib. Şəhidin yaşadığı evdə təşkil olunan vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər. Şəhid Elmin Səmədov Alçalı kənd qəbristanlığında torpağa tapşırıldı.
Allah bütün şəhidlərimizə rəhmət