Salyan rayonundan Vətən müharibəsində iştirak etməklə qəhrəmanlıq nümunəsi göstərərk şəhidlik zirvəsinə uçalan igidlərin xatirəsi xüsusi ehtiramla qeyd edilir. Onlardan biri də rayonun Piratman Gəncəli kəndinin yetirməsi, baş leytenant Əlisahib Selman oğlu Ələkbərovdur. 1994-cü ildə dünyaya gələn Əlisahibin nə vaxtsa torpaqlarımızın dişmən işğalından azad edilməsində iştirak edərək şəhidlik zirvəsinə çatacağına heç kəs inanmazdı. Lakin talehinə bu qəhrəmanlıq yolu və şəhidlik yazılan Əlisahib. məktəb illərindən başlayaraq hərb sənətinə ciddi maraq göstərdi.Hərbi təhsil aldı. Lakin içində vətən sevgisini, düşmənə nifrət hissini ifadə etmək üçün sanki bir zamana ehtiyac olduğunu həmişə hiss edirdi.
“Nəyin nə vaxt və necə olacağını dəqiq bilən” Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 Sentyabr 2020-ci ildə ”İrəli” komandası verildi. Yüzlərlə gəncimiz kimi Əlisahib də Vətən müharibəsinin ilk günlərindən silaha sarıldı,Qalibiyyət zəfəri yazan ordumuzun döyüş tarixində o da öz səhifəsini yazdı. Və torpaqlarımızın azad edilməsində qəhrəmanlıq göstərərək şəhid oldu.
İndi onun böyüyüb- başa çatdığı ünvanı –Piratmangəncəli gəndindəki ata öcağını və uyuduğu kənd məzarlığını bütöv kənd və rayon ictimaiyyəti etiramla yad edir. 15 Yanvar tarixində də Əlisahibin ad günü xüsusi ehtiramla qeyd edildi. Kənd ictimaiyyəti, təhsil aldığı məktəbin kollektivi, doğmalar onun ata ocağına toplaşdılar.Onu bir daha yad etdilər, valideyinlərinə baş sağlığı verdilər. Sonra isə mərasim iştirakçıları karantin dövrünün tələblərini gözləməklə kənd qəbirstanlığına gələrək igid oğullarının məzarını yad etmələ önünə əkilillər və gül dəstələri qoydular.
Salyan Rayon İcra Hakimiyyəti başçısının Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müzadil İbrahimov “Anakur.az” saytına müsahibəsində bildirmişdir ki, şəhidlərimizin xatirəsi həmişə uça tutulur. Xalqımız şəhid oğulları ilə fəxr edir. Biz də qürur duyuruq ki, böyük qələbənin qazanılmasında həmyrlililərimiz də yaxından iştirak etmişlər.
Rüstəm Məlikov.”Anakur.az” saytının baş redaktoru, Ali Media mükafatı laureatı

