“Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"
Bu sətirlər hər bir Azərbaycanlı üçün dogma və əzizdir. 68 il əvvəl bu gün Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə “Amerikanın Səsi” radiosu vasitəsilə Azərbaycan xalqına bu sözlərlə müraciət edib. Bu, soyuq müharibə dövründə Azərbaycan xalqına müraciət üçün Cümhuriyyət qurucusuna verilən yeganə imkan idi.
Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmmməd Əmin Rəsulzadənin səs yazısını Azərbaycana xalqına çatdıran isə tədqiqatçı alim Nəsiman Yaqubludur.
Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçısı səs yazısı ilə bağlı Modern.az-a danışıb.
Onun sözlərinə görə, hər dəfə o səsi eşidəndə xatirələri yadına düşür:
“1988 – 1989-cu illərdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcıları haqqında araşdırmalara başladım. Öncə Cümhuriyyəti qurmuş olan insanları axtarıb soraqladım. Baş nazir Fətəli xan Xoyskinin qızı, 10 ilə yaxın həbsxanada saxlanılmış Tamara xanımla, Əhməd bəy Pepinovun qızı Sevda xanımla görüşdüm, Qazaxıstana gedib Rəsulzadənin oğlu Azər bəylə danışdım. 1990-cı ildə isə böyük çətinliklə Türkiyəyə getmək imkanı əldə etdim. O zaman yollar bağlı oduğundan Batumdan keçib Türkiyəyə gedə bildim. Orada çox dəyərli dostum olan Yusif bəy Gədikli mənə böyük kömək göstərdi.
İstanbulda Turan Yazqanla görüşdükdən sonra Cümhuriyyətin ikinci Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla və Əlimərdan bəy Topçubaşovn yaxın qohumu Zərifə xanımla görüşə bildim.
Bu insanlarla hər görüşüm maraqlı bir xatirədir, lakin bir istəyimi reallaşdıra bilmirdim - Rəsulzadənin səsi olan lent yazısını əldə etmək mümkün olmurdu. Həmin lent yazısının ancaq Məhəmməd Kəngərlidə olduğu deyilirdi. Məhəmməd bəy isə israrlı xahişlərimə bu sözlərlə cavab verirdi: “Siz hələ müstəqil deyilsiniz, Sovetlər Birliyi nə vaxt dağılar, Azərbaycan müstəqil olar. Onda Rəsulzadənin səsyazısını Azərbaycana gətirərik”.
N.Yaqublu qeyd edir ki, artıq o zaman onun Azərbaycana qayıtması üçün bir günü vardı və bu, son şansı idi:
“Ankarada işlərimi yekunlaşdırıb İstanbula qayıtdım. Axşam Yusif bəyin evində görüşlərimdən və topladığım sənədlərdən ona bilglər verdim. Lakin sabah Azərbaycana yola düşəcəyimdən narahat idim, çünki hələ də o səsi dinləyə bilməmişdim. Razılaşdıq ki, Ankaraya- Məhəmməd bəyə bir də zəng edək. Ondan xahiş etdim ki, bəlkə telefonla onun səsinə qulaq asım. Kəngərli dedi: “Mən sənin belə həssaslıqla yanaşmanı başa düşürəm. Azərbaycandan min bir əziyyətlə buraya-Rəsulzadə haqqında sənədlər toplamağa gəlmisən. Sabah da ana vətənə gedirsən. Səni əliboş yola salmayacağam. İndi onun səsinə qulaq as və imkanın varsa lentə də yaz”.
Bu mənim üçün Məhəmməd Kəngərlinin böyük hədiyyəsi oldu. Sabahı günü İstanbuldan ayrılıb Hopa şəhərinə, oradan isə Batuma keçdim. Yolda mənə söylədilər ki, Bakıda 20 Yanvar hadisəsindən və Tiflisdəki gərgin olaylardan sonra sərhəddəki sovet əsgərləri çəkiliş və lent yazılarını müsadirə edirlər. Amma onlara siqaret hədiyyəsi verib diqqətdən yayınmaq mümkündür. Bir-neçə qutu “Vinston” və “Marlborro” siqareti alıb sərhədçilərə verdim və mənim əşyalarımı çox diqqətlə yoxlamadılar. Beləliklə, lent yazısını Azərbaycana gətirə bildim. Yenə böyük həyəcan dolu çalışmalardan sonra Məhəmməd Əmin Rəsulzadənin səsyazısını ilk dəfə 1991-ci ilin fevralın 2-də AzTV-nin o zaman məşhur olan “Dalğa” proqramında səsləndirdim. Bu məndə böyük məmnunluq yaratdı və cəmiyyətdə ciddi marağına səbəb oldu.
Nəsiman Yaqublu deyir ki, M.Ə.Rəsulzadənin oğlu Azər bəyə də atasının səsini 71 ildən sonra dinlətmək ona qismət oldu:
“1991-ci ildə Rəsulzadənin nəvəsi Rais Rəsulzadə mənə məlumat çatdırdı ki, atası Azər bəy Karaqandadan Bakıya gəlib və axşam onlarda olum, mümkün olarsa, babasının səsini də gətirim. Əlimdə maqnitofon getdim Azər bəylə görüşə. Mehriban dostlar kimi görüşdük və sonra lent yazısını təqdim etdim. 71 illik ayrılıqdan sonra atasının səsinə qulaq asdı. İlk dəfə Rəsulzadənin səsini eşidəndə pıçıltı ilə dedi: “Bu odurmu? Maraqlıdır...”.
Səsi dinləyəndən sonra mənə üz tutdu: “Sən nə böyük işlər görürsən…”.
Sonra Rəsulzadənin lent yazısını təmizləmək və daha yaxşı vəziyyətə salmaq üçün studiyaya apardım. O səs yazısını bu gün internetdə, tədbirlərdə dinlənilən vəziyyətə saldıq. Hər dəfə eşidəndə keçdiyim qürurlu xatirələr gözümdə canlanır”.
Aysel Məhərrəm